Icma.az
close
up
RU
İmsakda və iftarda nə yeyilməlidir?

İmsakda və iftarda nə yeyilməlidir?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan ayının sağlam keçməsi üçün qidalanmıza fikir verməyliyik.

Metbuat.az xəbər verir ki, Ramazan ayında gündəlik enerji, zülal, vitamin və mineral qəbulu tələbatı dəyişməsə də, pəhriz pozulur, yeməklərin sayı azalır.

Ramazan ayında oruc tutarkən qidalanmaya daha çox diqqət yetirilməli, yeməklər ağır olmamalıdır. Az yağlı,qızardılmamış qidalar seçilməli, iftarda az və tez-tez yeməməyə diqqət yetirilməlidir. Gün ərzində ac qalacağınız üçün tərəvəzlər, salatlar və yavaş həzm olunan qidalara üstünlük verilməlidir.

İftar və sahur süfrələrində edilən səhvlərdən biri də kifayət qədər çeynəmədən, mədəni çox yeməklə tez doldurmaqdır. Tez yemək yediyiniz zaman aclıq hiss edə və lazım olduğundan artıq yeyə bilərsiniz, çünki beyniniz hələ tox olmaq əmrini almır. Bundan əlavə ağızda kifayət qədər çeynənməyən qidalar həzm sistemini gərginləşdirdiyi üçün zamanla bir çox xəstəliklərə və problemlərə səbəb ola bilər.

Ramazan arıqlamaq üsulu deyil. Oruc tutmaq bəzən arıqlamaq üçün alternativ hesab olunur. Ancaq oruc tutmaq arıqlamaq üsulu deyil. Yeməklər arasında uzun fasilələr və hərəkətsizlik maddələr mübadiləsinin sürətinin yavaşlamasına səbəb olur və arıqlamağı çətinləşdirir.

Tərkibində ağ un, düyü və şəkər olan qidalar tez həzm olunduğu üçün insulin ifrazını stimullaşdırır və aclıq hissi yaradır. İftarda yeyilən şirniyyatlı məhsullar, xəmir məmulatları, pide çörəyi və şirniyyatlar yüksək kalorili olduğu üçün oruc tutanlarda kökəlməyə səbəb olur və nəticədə qanda piylərdə və təzyiqdə artım müşahidə oluna bilər.

Sahurda nə yeməliyik?

Tərkibində yüksək protein olan qidalar mədənin boşalma müddətini uzatmaqla aclığı gecikdirir. Oruc zamanı uzun sürən aclıq səbəbindən maddələr mübadiləsi daha az enerji sərf edir, bədən hərəkətləri ləngiyir, maddələr mübadiləsi sürəti azalır. Əgər sahur yeməyi buraxılarsa, oruc tutma müddəti daha da uzanar, qan şəkərinin daha tez düşməsinə və bununla bağlı narahatlıqlara (zəiflik, baş ağrısı) səbəb olar.

Sahur yeməkləri az-az, yaxşıca çeynəməklə yeyilməlidir. Sahurda yalnız su içməyi qəsd etmək və ya gecə yeməkdən dərhal sonra yatmaq son dərəcə zərərlidir. Gecələr ağır yemək yediyiniz zaman maddələr mübadiləsi sürətiniz azalır və qidaların yağa çevrilmə riski artır.

İftarda nə yemək lazımdır?

İftarda çox yağlı, çox duzlu və çox şirin yeməklərdən uzaq durmaq lazımdır. Qızardılmış qidalar, xəmir məmulatları, kolbasa, qovrulmuş ət, yağ tərkibi yüksək olan qidalar, çox ədviyyatlı qidalar iftar süfrələrində qaçınılması lazım olan qidalardır. Asan həzm olunan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən tərəvəz, meyvə və tərkibində lif və sellüloza olan çovdar/tam buğda çörəyinə üstünlük verilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri