İmtahan stresinin arxasındakı GİZLİ SƏBƏBLƏR: Mütəxəssislər danışdı Video | Icma.az
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmtahan ərəfəsi və sonrası abituriyentlər üçün ən stressli dönəmlərdən olur.
“Qonşunun qızı filan universitetə qəbul oldu”, “Filankəs bu qədər bal topladı”, “Bütün nəslin ümidi sənsən” − bu və buna bənzər ifadələr imtahana hazırlaşan əksər abituriyentlərin qulağında səslənir, məktəbdə isə müəllimlərin tələbi bu stresi daha da artırır.
İmtahan zamanı şagirdlərə qarşı həddindən ziyadə diqqətli və həssas olmaq ən gözəl seçimdir. Bəs valideynlər buna əməl edirlərmi?
Bakupost.az xəbər verir ki, Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğuda müxtəlif fikirlər səsləndirilib.
Sakinlərdən biri valideynlərin əziyyət çəkdiyini, müəllimlərə yüksək məbləğlərdə pul verildiyini vurğulayaraq, bu səbəbdən övladlarından yaxşı nəticə gözlədiyini bildirib.
Başqa bir sakin isə hər kəsin oxumalı olmadığına diqqət çəkib: “Hər bir insanın müəyyən istedadı var.
Kimsə öz istedadını bilirsə və bu yöndə özünü inkişaf etdirirsə, ali təhsil almadan da daha yüksək səviyyəli sahələrə yiyələnə bilər”, - digər sakin deyib.
Tam oxu
Xəbəri oxu