İmtahan stresinin arxasındakı GİZLİ SƏBƏBLƏR: Mütəxəssislər danışdı Video
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmtahan ərəfəsi və sonrası abituriyentlər üçün ən stressli dönəmlərdən olur. “Qonşunun qızı filan universitetə qəbul oldu”, “Filankəs bu qədər bal topladı”, “Bütün nəslin ümidi sənsən” − bu və buna bənzər ifadələr imtahana hazırlaşan əksər abituriyentlərin qulağında səslənir, məktəbdə isə müəllimlərin tələbi bu stresi daha da artırır.
İmtahan zamanı şagirdlərə qarşı həddindən ziyadə diqqətli və həssas olmaq ən gözəl seçimdir. Bəs valideynlər buna əməl edirlərmi?
Bakupost.az xəbər verir ki, Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğuda müxtəlif fikirlər səsləndirilib.
Sakinlərdən biri valideynlərin əziyyət çəkdiyini, müəllimlərə yüksək məbləğlərdə pul verildiyini vurğulayaraq, bu səbəbdən övladlarından yaxşı nəticə gözlədiyini bildirib.
Başqa bir sakin isə hər kəsin oxumalı olmadığına diqqət çəkib:
“Hər bir insanın müəyyən istedadı var. Kimsə öz istedadını bilirsə və bu yöndə özünü inkişaf etdirirsə, ali təhsil almadan da daha yüksək səviyyəli sahələrə yiyələnə bilər”, - digər sakin deyib.
Təhsil eksperti İlkin Məhərrəmov bildirir ki, universitetə daxil olmamaq dünyanın sonu deyil:
“Texnologiya dövründəyik. Ali təhsili olmayanlar çox yaxşı proqramçı, İT mütəxəssisi olub, çox yaxşı yerlərə gəlib çıxa bilərlər. Əsas məsələ ixtisasın, peşən nə olursa-olsun yaxşı mütəxəssis olmaqdır”.
Sosioloq Üzeyir Şəfiyev isə vurğulayır ki, uşaqlar üçün gələcək hədəflər seçilərkən onların daxili potensialı nəzərə alınmalıdır:
“Sərt hədəflər uşağı yanlış istiqamətləndirə bilər. Bəzi valideynlər həyata keçirə bilmədikləri məqsədləri övladları vasitələsilə reallaşdırmağa çalışırlar. Bu isə uşaqların cəmiyyətdə öz yerini düzgün tapmamasına səbəb olur”.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 31 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















