Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. Şagirdlərin imtahan prosesi ilə bağlı ən böyük narahatlığı məhz imtahana daxil olarkən
İmtahana giriş zamanı şagirdlərin əllə yoxlanılması valideynlərin də narazılığına səbəb olur.
Bəzi hallarda imtahana nəzarət edən mühafizəçilər azyaşlı şagirdləri fiziki olaraq yoxlamağa çalışır.
Detektorlarla yoxlama kifayət qədər effektiv olduğu halda, fiziki təmasa ehtiyac varmı?
Və bu narahatlığın aradan qaldırılması ilə bağlı alternativ üsulların tətbiqi gözlənilirmi?
Məsələyə münasibət öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Teleqraf-a açıqlamasında bildirib ki, mərkəzin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də iştirakçıların bərabər şərtlər altında imtahan vermələrini təmin etməkdir: “Davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər.