Icma.az
close
up
RU
İmtahana girəndə şagirdlər niyə əllə yoxlanılır? DİM səbəbi açıqladı

İmtahana girəndə şagirdlər niyə əllə yoxlanılır? DİM səbəbi açıqladı

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Şagirdlərin imtahan prosesi ilə bağlı ən böyük narahatlığı məhz imtahana daxil olarkən fiziki toxunma ilə yoxlanılmaqdır. İmtahana giriş zamanı şagirdlərin əllə yoxlanılması valideynlərin də narazılığına səbəb olur. Bəzi hallarda imtahana nəzarət edən mühafizəçilər azyaşlı şagirdləri fiziki olaraq yoxlamağa çalışır. Detektorlarla yoxlama kifayət qədər effektiv olduğu halda, fiziki təmasa ehtiyac varmı? Və bu narahatlığın aradan qaldırılması ilə bağlı alternativ üsulların tətbiqi gözlənilirmi?

Məsələyə münasibət öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Teleqraf-a açıqlamasında bildirib ki, mərkəzin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də iştirakçıların bərabər şərtlər altında imtahan vermələrini təmin etməkdir:

“Davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda qayda pozuntusu kimi daha çox mobil telefonla binaya daxil olmağa cəhd və müxtəlif əyani vəsaitlərdən istifadə hallarına rast gəlinir. Ona görə də, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq, eyni zamanda imtahanverənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə üst-baş yoxlanılması aparılır”.

X.Xanlarzadə şagirdlərin yüngül fiziki təmas etməklə yoxlanıldığını vurğulayıb:

“Burada oğlanlar mülki formalı daxili işlər orqanlarının əməkdaşları tərəfindən, qızlar isə DİM-in imtahan binalarına buraxılış rejimini həyata keçirən qadın əməkdaşların hazırlanmış bazasından seçilən xanım əməkdaşlar tərəfindən xüsusi ayrılmış kabinə və ya otaqlarda metal detektor və yüngül fiziki təmas etməklə yoxlanılır. Bu vahid qaydadır və bütün imtahanlarda tətbiq olunur”.

Mətbuat katibi onu da qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edən əməkdaşlarla daim nəzəri və praktik təlimlər keçirilir və onlar prosesi qaydalara uyğun formada həyata keçirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri