İncəsənət Məktəbində Zəfər Günü qeyd olundu Fotolar Yeni Sabah | Icma.az
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir. 8 noyabr...
Azərbaycan salnaməsinin şanlı tarixi bu il zəfərinin 4-cü baharını yaşadı.
Elə bir zəfər ki, hər bir əsgərimiz döş cibində gəzdirdiyi bayrağı öpüb gözü üstünə qoyaraq, gözünü qırpmadan müharibə dumanlarının içində canını fəda edərək Azərbaycanın işıqlı sabahlarına aydın günəş oldular.
Bu zəfər öz ömründən kəsib Azərbaycanın ömrünə ömür qatan fədakarlarımızın zəfəridir.
Üç rəngli bayrağımızın mavi zolağından Azərbaycanımızın mavi səmalarına uçan pilotlarımız, yaşıl zolağından vətənimizin yaşıl meşələrinə qədəm qoyan rəşadətli ordumuz, öz qanları ilə bayrağımızın qırmızı zolağını cızaraq cənnət Qarabağımızı Azərbaycanın könül baxçasına qaytardılar.
Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının dəmir yumruğunun simvolu olan yenilməz ordumuz müdrik siyasətin xəritəsi ilə düz Şuşa qayalarının zirvəsinə qədər qalxıb “Zəfər bizimdir”, “Qarabağ Azərbaycandır” şüarları ilə bütün dünyaya car çəkdi.
Vətənimizin qələbə sevincinin musiqili fişənglərini pərvazlandıran təhsil ocaqlarından biri də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi oldu.
Bu şərəfli tarix iki gün davam edən “ZƏFƏRİN SƏDASI” və “YENİLMƏZ AZƏRBAYCAN” adlı konsertlərlə möhtəşəm tərtibatda qeyd olundu.
Tam oxu
Xəbəri oxu