Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

İncəsənət Məktəbində Zəfər Günü qeyd olundu Fotolar Yeni Sabah

İncəsənət Məktəbində Zəfər Günü qeyd olundu Fotolar Yeni Sabah

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 noyabr... Azərbaycan salnaməsinin şanlı tarixi bu il  zəfərinin 4-cü baharını yaşadı. Elə bir zəfər ki, hər bir əsgərimiz döş cibində gəzdirdiyi bayrağı öpüb gözü üstünə qoyaraq, gözünü qırpmadan müharibə dumanlarının içində canını fəda edərək Azərbaycanın işıqlı sabahlarına aydın günəş oldular.  Bu zəfər öz ömründən kəsib Azərbaycanın ömrünə ömür qatan fədakarlarımızın zəfəridir.

Üç rəngli bayrağımızın mavi zolağından Azərbaycanımızın mavi səmalarına uçan pilotlarımız, yaşıl zolağından vətənimizin yaşıl meşələrinə qədəm qoyan rəşadətli ordumuz, öz qanları ilə bayrağımızın qırmızı zolağını cızaraq cənnət Qarabağımızı Azərbaycanın könül baxçasına qaytardılar.

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının dəmir yumruğunun simvolu olan yenilməz ordumuz müdrik siyasətin xəritəsi ilə düz Şuşa qayalarının zirvəsinə qədər qalxıb “Zəfər bizimdir”, “Qarabağ Azərbaycandır” şüarları ilə bütün dünyaya car çəkdi. 

Vətənimizin qələbə sevincinin musiqili fişənglərini pərvazlandıran təhsil ocaqlarından biri də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi oldu.  Bu şərəfli tarix iki gün davam edən “ZƏFƏRİN SƏDASI” və “YENİLMƏZ AZƏRBAYCAN” adlı konsertlərlə möhtəşəm tərtibatda qeyd olundu. Hər iki konsertin təşkilatçısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova tədbirin təşkilatı işlərinə xüsusi həssaslıqla yanaşaraq öz çıxışında Azərbaycanın zəfər tarixini işıqlandırdı.

“Zəfərin sədası” adlı ilk konsert tədbiri pianoçu Nigar Heydərlinin aparıcılığı, Zəfər tariximizə dair məruzəsi və məktəbin istedadlı şagirdləri -  Həsənli Məhəmməd, Quliyev Qulam, Bağırova Aliyə, Süleyman Suzan, Xəlilov Yusif, Namazova Röya, Tanrıverdili Röya, İsrafilova Nərgiz, Əliyeva Leyla, Cəfərli Sara, Seyidova Amaliya, Uğur Paşa, Əhmədov Fərid, Mustafazadə Mələk, Əliyeva Səyyarə, Babayeva Nigar, Məmmədov Mehrac və Quluzadə Nilay, eləcə də Hüseynli Murad, Quliyev Qulam, Ümüdlü Ayxan, Süleymanov Nail, Rəcəbov Kənanın Azərbaycan bəstəkarlıq məktəbi nümayəndələrinin incəsənət nümunələrindən ibarət çıxışları ilə izləyicilər tərəfindən alqışlarla qarşılandı. 

5 noyabr tarixində baş tutan “Yenilməz Azərbaycan” adlı  II konsert tədbiri isə musiqişünaslar, məktəbin “Yaradıcı işlər üzrə” məsul katibi Nərgiz Kərimovanın bədii rəhbərliyi və tədbirin təşkilati icraçısı, aparıcı Leyla Həsənovanın səyləri nəticəsində ərsəyə gəldi. Konsertdə şəhid ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə doktoru Vüqar Hümbətov, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) baş koordinatoru Məhsəti Xəlilova və  nümayəndələri, həmçinin digər rəsmi şəxslər iştirak etmişlər. 

Konsertə qonaq qısmində qatılan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur, bədii qiraətçi Hüseynağa Aslanovun çıxışları da təsirli, mübariz məqamları ilə tədbir iştirakçılarına böyük ruh yüksəkliyi aşıladı. Eyni zamanda məktəbin müəllimləri -  Azərbaycan Respublikasının əməkdar müəllimi Zenfira Nurullayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyeva, Nigar Heydərli, Nurlan Cəfərli, Elnur Məmmədov, Nəbi Quliyev, Lalə Hüseynova, Samir Əsədli, Gülçin Aslanova, Arzu Səfərova, Nuray Hüseynova, Çingiz Absəlimov, Sevinc Kərimova, Bəturə Əhmədova, Gülnaz, Səbinə Eldarlılar, Şahnaz Muradova, Səbinə İsmayılova, Vüqar Budaqovun istedadlı şagirlərlə hazırladıqları vətən ətirli musqi töhfələri tədbirə xüsusi rəng qatdı.

Tədbirdə təqdim olunan “Qəhrəman övladıyıq”(söz: K.Hüseynova) və  “Şuşam mənim” (söz: Vahid Əziz) mahnıları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin səhnəsində ilk dəfə səslənən hər iki mahnının musiqi müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül xanım Hüseynovadır. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri