Baku.ws saytına istinadən Icma.az xəbər verir. Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Ramiz Nağıyev olub.
O, keçmiş ailə dəyərlərindən söz açıb: "O vaxtlar oğlanlara həyat yoldaşlarını anaları, bacıları seçərdi.
Qız alanda onun ailəsini, nəslini araşdırardılar. Kəbin kəsilənə kimi qızla oğlanın görüşməsinə icazə verilməzdi.
Əvvəllər ədəb-ərkan, hörmət var idi. İndi isə nikahsız görüşürlər".
Ramiz Nağıyevin sözlərinə görə, bu gün ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir: "İndi insanlar müvəqqəti kef çəkmək üçün ailə qurur, sonra da boşanırlar.
Televiziya və serialların pozğunluğu təbliğ etməsi gənclərə pis örnək oldu. Elə buna görə də ailələr dağılır".
Ətraflı süjetdə: Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.