İndi ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir Novxanı sakini xatirələrini bölüşdü
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Ramiz Nağıyev olub.
O, keçmiş ailə dəyərlərindən söz açıb: "O vaxtlar oğlanlara həyat yoldaşlarını anaları, bacıları seçərdi. Qız alanda onun ailəsini, nəslini araşdırardılar. Kəbin kəsilənə kimi qızla oğlanın görüşməsinə icazə verilməzdi. Əvvəllər ədəb-ərkan, hörmət var idi. İndi isə nikahsız görüşürlər".
Ramiz Nağıyevin sözlərinə görə, bu gün ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir:
"İndi insanlar müvəqqəti kef çəkmək üçün ailə qurur, sonra da boşanırlar. Televiziya və serialların pozğunluğu təbliğ etməsi gənclərə pis örnək oldu. Elə buna görə də ailələr dağılır".
Ətraflı süjetdə:

İndi ailə anlayışı əvvəlki kimi dərin məna kəsb etmir Novxanı sakini xatirələrini bölüşdü
18 Oktyabr 2025 23:57
Novxanı işıqsız qalacaq
08 Avqust 2025 15:57
HƏMAS indi əvvəlki gücdə deyil AÇIQLAMA
05 Avqust 2025 19:01
Novxanı yolunda zəncirvari qəza...
28 Noyabr 2024 20:04
Novxanı çimərliyində ilan VİDEO
11 İyun 2025 13:49

