Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Günel Novruzun “Xilaskar qadın”ı gözləyən bəzi kişilər...” adlı yeni yazısını tə
Dastanlarımızda, nağıllarımızda güclü qəhrəmanlar təsvir olunub.
Onları, adətən, xaosu nizama salan, çatışmazlıqları aradan qaldıran, problemləri həll edən obrazlar kimi tanıyırıq.
Deyəsən, zaman keçdikcə, bu obrazlar elə ancaq nağıl qəhrəmanları olaraq qalacaqlar.
Günümüzün reallığında isə bəzi kişilər heç nə üçün məsuliyyət daşımamağa qərar verirlər.
Belə kişilər naməlum “xilaskar”ı - hansısa nağıldan çıxıb onların problemlərini həll edəcək, onları dardan qurtaracaq birini gözləməyə başlayıblar...
Bəli, bəzi reallıqlar var - müasir cəmiyyət sürətlə dəyişir, qadınların sosial və iqtisadi fəallığı artıb, ənənəvi ailə strukturunda çökmələr var – Azərbaycandakı son statistikaya görə, az qala hər iki ailədən biri boşanır.
Bütün bunların fonunda bəzi kişilər təşəbbüs göstərib problemlərin həlli üçün qolunu çirmələyib həll yolu axtarmaqdansa, az qala “ağ atlı şahzadə” gözləyirlər.