Icma.az
close
up
RU
İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər Günel Novruz

İndi daha çox kişilər ağ atlı şahzadə gözləyirlər Günel Novruz

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Günel Novruzun “Xilaskar qadın”ı gözləyən bəzi kişilər...” adlı yeni yazısını təqdim edir.


Dastanlarımızda, nağıllarımızda güclü qəhrəmanlar təsvir olunub. Onları, adətən, xaosu nizama salan, çatışmazlıqları aradan qaldıran, problemləri həll edən obrazlar kimi tanıyırıq. Deyəsən, zaman keçdikcə, bu obrazlar elə ancaq nağıl qəhrəmanları olaraq qalacaqlar.

Günümüzün reallığında isə bəzi kişilər heç nə üçün məsuliyyət daşımamağa qərar verirlər. Belə kişilər naməlum “xilaskar”ı - hansısa nağıldan çıxıb onların problemlərini həll edəcək, onları dardan qurtaracaq birini gözləməyə başlayıblar...

Bəli, bəzi reallıqlar var - müasir cəmiyyət sürətlə dəyişir, qadınların sosial və iqtisadi fəallığı artıb, ənənəvi ailə strukturunda çökmələr var – Azərbaycandakı son statistikaya görə, az qala hər iki ailədən biri boşanır. Bütün bunların fonunda bəzi kişilər təşəbbüs göstərib problemlərin həlli üçün qolunu çirmələyib həll yolu axtarmaqdansa, az qala “ağ atlı şahzadə” gözləyirlər. Bu, bəzən ideal bir qadın, bəzən də hər hansı bir “xilaskar” obrazıdır. Və insan nə qədər gözləyirsə, bir o qədər az hərəkət edir, daha az təşəbbüs göstərir.

Nəticədə isə getdikcə özünü dəyərsiz, köməksiz və təcrid olunmuş hiss edir. Qarşısında duran çətinlikləri özü həll etmək gücünü tapmayanda məsuliyyəti başqasına “yükləyir”. Ancaq bu “başqasının” gəlib hər şeyi düzəltməsi nadir və çox vaxt xəyali olur. Hansısa bir qadın gəlib “xilas” etsə belə, kişi o qadının gözündən gec-tez düşəcəyini anlamalıdır...

Keçmiş zamanlarda kişi sadəcə ailənin təminatçısı deyil, həm də dəyər və güc mənbəyi sayılırdı. Qadınları boşanma təşəbbüskarlığında qınayan bəzi kişilər həmin o nostalji ilə xatırladıqları "dəyər"i ailədə görmək istəyirlərsə, şikayətlənərək, ümidsizliklə sızıldayaraq “xilaskar” gözləməyi buraxıb özləri “xilaskar” roluna keçməlidir.

Həqiqət budur ki, “xilaskar” əslində kənarda deyil, kişinin öz daxili dünyasındakı rollar arasında bir yerdədir. Özünü ələ alıb, üstündən ətaləti atıb o rolunu “diriltməli”, öz gücünə sahib çıxmalıdır.


Dünyanı dəyişməyinizi gözləmirik, elə özünüzü, gözləntilərinizi dəyişməyə başlasanız, yetərlidir...

Göbələk kimi çoxalan geydirmə yaşam koçları - Cəlil Cavanşir Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi Meloni Makrona niyə göz süzdürdü? - Replika
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri