İndi küçələri də əlimizdən almaq istəyirlər Yazıçıdan akademikə CAVAB

30.01.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında bildirib ki, yazıçı kitabını küçədə sata bilməz, satmamalıdır.

Redaktor.az akademikin səsləndirdiyi fikirlərlə bağlı yazıçı Kəramət Böyükçöldən münasibət öyrəndi.

O bildirdi ki, Azərbaycanda yazıçının özünü azad və rahat şəkildə hiss elədiyi yeganə yer küçələrdir:

"İndi küçələri də onların əlindən almaq istəyirlər. Yəni indi bilmirəm, Nizami müəllim yazıçının küçədə kitab sata bilməməsini nə mənada deyib... Bəs indi biz nə edək? Nağara çalaq? Deputat Nizami Cəfərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, sonra Akademiyada vəzifə... On dənə vəzifə sənin olanda, bizə də heç nə qalmır ki. Gedib küçədə kitab satırıq. İndi deyirsən sata bilməzsən, bəs nə edək?”

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью