İndi küçələri də əlimizdən almaq istəyirlər Yazıçıdan akademikə CAVAB
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında bildirib ki, yazıçı kitabını küçədə sata bilməz, satmamalıdır.
Redaktor.az akademikin səsləndirdiyi fikirlərlə bağlı yazıçı Kəramət Böyükçöldən münasibət öyrəndi.
O bildirdi ki, Azərbaycanda yazıçının özünü azad və rahat şəkildə hiss elədiyi yeganə yer küçələrdir:
"İndi küçələri də onların əlindən almaq istəyirlər. Yəni indi bilmirəm, Nizami müəllim yazıçının küçədə kitab sata bilməməsini nə mənada deyib... Bəs indi biz nə edək? Nağara çalaq? Deputat Nizami Cəfərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, sonra Akademiyada vəzifə... On dənə vəzifə sənin olanda, bizə də heç nə qalmır ki. Gedib küçədə kitab satırıq. İndi deyirsən sata bilməzsən, bəs nə edək?”
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















