India Today : Modi G7 sammitində itirak etməyə bilər | Icma.az
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. Hindistanın Baş naziri Narendra Modi son altı ildə ilk dəfə olaraq Kanadada keçiri
Bizimyol.info xəbər verir ki, bu barədə "India Today" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatlara görə, builki sammitə ev sahibliyi edəcək Kanada hələlik Hindistanı tədbirə rəsmi olaraq dəvət etməyib.
Hətta dəvət olunsa belə, Modinin sammitdə iştirakı ehtimalı azdır.
Buna səbəb kimi Hindistanı narahat edən məsələlərlə bağlı yeni Kanada hökumətinin mövqeyinə dair qeyri-müəyyənlik göstərilir.
Xüsusilə, Hindistanın Pəncab ştatında müstəqil Sxalistan dövləti qurmaq uğrunda mübarizə aparan separatçıların fəaliyyəti ilə bağlı narahatlıq qeyd olunur.
Hindistan ilə Kanada arasındakı münasibətlər 2023-cü ilin sentyabrında baş vermiş diplomatik qarşıdurmadan sonra hələ də gərgin olaraq qalır.
Həmin vaxt Kanadanın sabiq Baş naziri Castin Trüdo Hindistan hökumətini Kanadada yaşayan Sxalistan tərəfdarı, sinkx icmasının liderlərindən biri olan Hardeep Singh Nijjarın qətlində əli olmaqda ittiham edib.
Tam oxu
Xəbəri oxu