Icma.az
close
up
RU
India Today : Modi G7 sammitində itirak etməyə bilər

India Today : Modi G7 sammitində itirak etməyə bilər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Hindistanın Baş naziri Narendra Modi son altı ildə ilk dəfə olaraq Kanadada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitində iştirak etməyə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "India Today" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, builki sammitə ev sahibliyi edəcək Kanada hələlik Hindistanı tədbirə rəsmi olaraq dəvət etməyib. Hətta dəvət olunsa belə, Modinin sammitdə iştirakı ehtimalı azdır. Buna səbəb kimi Hindistanı narahat edən məsələlərlə bağlı yeni Kanada hökumətinin mövqeyinə dair qeyri-müəyyənlik göstərilir. Xüsusilə, Hindistanın Pəncab ştatında müstəqil Sxalistan dövləti qurmaq uğrunda mübarizə aparan separatçıların fəaliyyəti ilə bağlı narahatlıq qeyd olunur.

Hindistan ilə Kanada arasındakı münasibətlər 2023-cü ilin sentyabrında baş vermiş diplomatik qarşıdurmadan sonra hələ də gərgin olaraq qalır. Həmin vaxt Kanadanın sabiq Baş naziri Castin Trüdo Hindistan hökumətini Kanadada yaşayan Sxalistan tərəfdarı, sinkx icmasının liderlərindən biri olan Hardeep Singh Nijjarın qətlində əli olmaqda ittiham edib. Bu hadisə iki ölkə arasında diplomatların qarşılıqlı şəkildə ölkədən çıxarılmasına və münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Ötən ilin iyun ayında İtaliyada keçirilmiş G7 sammitində Modi və Trüdo qısa görüş keçirərək problemlərin həlli üçün əməkdaşlığa hazır olduqlarını bildiriblər. Lakin münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atılmayıb.

Builki G7 sammiti 15–17 iyun tarixlərində Kanadanın Alberta əyalətində yerləşən Kananaskis kurort bölgəsində keçiriləcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see600

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see436

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see352

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see265

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see244

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see237

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see234

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see231

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see230

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see227

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see225

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see211

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see210

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see206

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see203

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see194

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see190

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see178

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see169

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri