Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyanın Halmahera adasında (Şimali Maluk əyaləti) yerləşən Dukono vulkanının püskürməsi qeydə alınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, kül kraterdən 1 km yüksəkliyə qalxıb, ağ və boz rəngli kül atılmaları qərb istiqamətində yayılıb. Yerli hakimiyyət orqanları yaxınlıqdakı ərazilərin sakinlərinə və turistlərə kraterə 4 km radiusda yaxınlaşmamağı, həmçinin tənəffüs yollarını vulkan külündən qorumaq üçün maska taxmağı tövsiyə edib.
Qeyd edək ki, İndoneziya 18 min adadan ibarət arxipelaqı və 500-dən çox vulkanı (təxminən 130-u aktivdir) ilə Sakit okean "Od halqası"nda yerləşdiyi üçün yüksək seysmik aktivlik zonası sayılır.
Zeynəb Rzayeva