İndoneziyada Dukono vulkanı püskürdü: Kül 1 km yüksəkliyə qalxdı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyanın Halmahera adasında (Şimali Maluk əyaləti) yerləşən Dukono vulkanının püskürməsi qeydə alınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, kül kraterdən 1 km yüksəkliyə qalxıb, ağ və boz rəngli kül atılmaları qərb istiqamətində yayılıb. Yerli hakimiyyət orqanları yaxınlıqdakı ərazilərin sakinlərinə və turistlərə kraterə 4 km radiusda yaxınlaşmamağı, həmçinin tənəffüs yollarını vulkan külündən qorumaq üçün maska taxmağı tövsiyə edib.
Qeyd edək ki, İndoneziya 18 min adadan ibarət arxipelaqı və 500-dən çox vulkanı (təxminən 130-u aktivdir) ilə Sakit okean "Od halqası"nda yerləşdiyi üçün yüksək seysmik aktivlik zonası sayılır.
Zeynəb Rzayeva
Baxış sayı:114
Bu xəbər 27 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















