İndoneziyada qəzaya uğramış təyyarənin sərnişinlərinin meyiti tapılıb

23.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

İndoneziyanın axtarış-xilasetmə qurumları bu gün ölkənin Cənubi Sulavesi əyalətində qəzaya uğramış təyyarədə olan 10 nəfərin hamısının meyitinin tapıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, İndoneziya Hava Nəqliyyatı Qrupuna məxsus ATR 42-500 tipli turbovintli təyyarə şənbə günü Cənubi Sulavesinin Maros bölgəsi üzərində hava hərəkətinə nəzarət xidməti ilə əlaqəni itirib.

Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və üç sərnişin olub. Təyyarə İndoneziyanın Dənizçilik və Balıqçılıq Nazirliyi tərəfindən balıqçılıq sahələrində hava müşahidəsi aparmaq üçün icarəyə götürülübmüş. Sərnişinlər nazirliyin əməkdaşları olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью