İndoneziyada qəzaya uğramış təyyarənin sərnişinlərinin meyiti tapılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
İndoneziyanın axtarış-xilasetmə qurumları bu gün ölkənin Cənubi Sulavesi əyalətində qəzaya uğramış təyyarədə olan 10 nəfərin hamısının meyitinin tapıldığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, İndoneziya Hava Nəqliyyatı Qrupuna məxsus ATR 42-500 tipli turbovintli təyyarə şənbə günü Cənubi Sulavesinin Maros bölgəsi üzərində hava hərəkətinə nəzarət xidməti ilə əlaqəni itirib.
Təyyarənin göyərtəsində yeddi ekipaj üzvü və üç sərnişin olub. Təyyarə İndoneziyanın Dənizçilik və Balıqçılıq Nazirliyi tərəfindən balıqçılıq sahələrində hava müşahidəsi aparmaq üçün icarəyə götürülübmüş. Sərnişinlər nazirliyin əməkdaşları olub.
Bu mövzuda digər xəbərlər:İndoneziyada təyyarənin qalıqları və sərnişinlərdən birinin meyiti tapılıb
18 Yanvar 2026 14:27
Aktau yaxınlığında qəzaya uğramış təyyarənin “qara qutu”su tapılıb AZƏRTAC
25 Dekabr 2024 21:12
Qəzaya uğrayan təyyarənin sərnişinlərinin qohumları Qroznıya axışırlar
25 Dekabr 2024 13:48
İndoneziyada itkin düşmüş təyyarənin qalıqları tapıldı Fotolar
18 Yanvar 2026 15:20
Cənubi Koreyada qəzaya uğramış təyyarənin qara qutuları tapılıb AzPolitika onlayn siyasiictimai qəzet
29 Dekabr 2024 16:51
Baxış sayı:107
Bu xəbər 23 Yanvar 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















