İnfantino ABŞ ın somalili hakimə giriş qadağasına münasibət bildirdi

11.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnfantino ABŞ-ın somalili hakimə giriş qadağasına münasibət bildirdi

FİFA prezidenti Canni Infantino ABŞ hakimiyyətinin somalili hakim Omar Abdulkadir Artan barədə verdiyi ölkəyə giriş qadağası qərarını şərh edib.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, ABŞ tərəfi hakimin terror təşkilatları ilə mümkün əlaqələri barədə şübhələr səbəbindən ona viza verməyib. Bu səbəbdən Artan 2026-cı il dünya çempionatının oyunlarında iştirak edə bilməyəcək.

İnfantino bu haqda bildirib: “Bu, xoşagəlməz haldır. Amma yenə də hər şey bizim nəzarətimizdə deyil. Biz həmişə çıxış yolu tapmağa çalışırıq. Bəzən hay-küy və emosional reaksiyalar əks təsir göstərə bilir. İnanmaq istəmirsinizsə, inanmayın, amma biz daim həll yolları axtarırıq. Biz dünyanın hökmdarları deyilik” deyə İnfantino bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью