İnfantino ABŞ ın somalili hakimə giriş qadağasına münasibət bildirdi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FİFA prezidenti Canni Infantino ABŞ hakimiyyətinin somalili hakim Omar Abdulkadir Artan barədə verdiyi ölkəyə giriş qadağası qərarını şərh edib.
QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, ABŞ tərəfi hakimin terror təşkilatları ilə mümkün əlaqələri barədə şübhələr səbəbindən ona viza verməyib. Bu səbəbdən Artan 2026-cı il dünya çempionatının oyunlarında iştirak edə bilməyəcək.
İnfantino bu haqda bildirib: “Bu, xoşagəlməz haldır. Amma yenə də hər şey bizim nəzarətimizdə deyil. Biz həmişə çıxış yolu tapmağa çalışırıq. Bəzən hay-küy və emosional reaksiyalar əks təsir göstərə bilir. İnanmaq istəmirsinizsə, inanmayın, amma biz daim həll yolları axtarırıq. Biz dünyanın hökmdarları deyilik” deyə İnfantino bildirib.
Baxış sayı:87
Bu xəbər 11 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















