İnfantinoya ağır zərbə

17.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“FairSquare” qeyri-hökumət təşkilatı FİFA-ya müraciət edərək Canni İnfantinonun növbəti prezident seçkilərinə namizədliyinin ləğvini istəyib. Buna səbəb kimi ali futbol qurumunun prezidentlik müddəti ilə bağlı keçmiş qərarının hüquqi cəhətdən qüsurlu olması göstərilib.

Futbolpress.az xəbər verir ki, İnfantino xüsusilə DÇ-nin kommersiya hüquqlarını satmaq cəhdindən sonra sərt tənqidlərlə üzləşib. Uğursuz plandan geri çəkilsə də, UEFA, AFC və CONCACAF-ın kəskin etirazı ilə qarşılaşan funksionerin gələcəyi sual altına düşüb.

​Buna baxmayaraq, İnfantino 2031-ci ilə qədərki dövrü əhatə edəcək mart seçkilərində hələlik tək namizəddir. “FairSquare” isə onun ümumiyyətlə seçkiyə qatılmaq hüququnun olmadığını iddia edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью