İnfantinoya ağır zərbə
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“FairSquare” qeyri-hökumət təşkilatı FİFA-ya müraciət edərək Canni İnfantinonun növbəti prezident seçkilərinə namizədliyinin ləğvini istəyib. Buna səbəb kimi ali futbol qurumunun prezidentlik müddəti ilə bağlı keçmiş qərarının hüquqi cəhətdən qüsurlu olması göstərilib.
Futbolpress.az xəbər verir ki, İnfantino xüsusilə DÇ-nin kommersiya hüquqlarını satmaq cəhdindən sonra sərt tənqidlərlə üzləşib. Uğursuz plandan geri çəkilsə də, UEFA, AFC və CONCACAF-ın kəskin etirazı ilə qarşılaşan funksionerin gələcəyi sual altına düşüb.
Buna baxmayaraq, İnfantino 2031-ci ilə qədərki dövrü əhatə edəcək mart seçkilərində hələlik tək namizəddir. “FairSquare” isə onun ümumiyyətlə seçkiyə qatılmaq hüququnun olmadığını iddia edir.
Baxış sayı:83
Bu xəbər 17 Avqust 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















