İnformasiya hücumlarına qarşı YENİ ADDIM

30.09.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici internet yayımlarının nəzarətə götürülməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin 30 sentyabr tarixli iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, şəxsi həyatın, məişətin və gündəlik fəaliyyətin internetdə nümayiş etdirilməsinə qarşı çıxılmamalıdır. Onun sözlərinə görə, bu cür fəaliyyət əyləncə xarakteri daşıya və cəmiyyətdə müəyyən müsbət təsir yarada bilər.

B.Məhərrəmov hesab edir ki, cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar isə ciddi nəzarətə götürülməlidir:

“İnformasiya məkanı dövlətimizin suverenlik sərhədidir və burada kütlələrin beyninin zəhərləndiyi bir poliqon ola bilməz”, – deputat deyib.

O, bu məsələnin də Milli Məclisin cari sessiyasının qanunvericilik işləri planına və gündəliyinə salınmasını təklif edib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью