İnformasiya hücumlarına qarşı YENİ ADDIM
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici internet yayımlarının nəzarətə götürülməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin 30 sentyabr tarixli iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, şəxsi həyatın, məişətin və gündəlik fəaliyyətin internetdə nümayiş etdirilməsinə qarşı çıxılmamalıdır. Onun sözlərinə görə, bu cür fəaliyyət əyləncə xarakteri daşıya və cəmiyyətdə müəyyən müsbət təsir yarada bilər.
B.Məhərrəmov hesab edir ki, cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar isə ciddi nəzarətə götürülməlidir:
“İnformasiya məkanı dövlətimizin suverenlik sərhədidir və burada kütlələrin beyninin zəhərləndiyi bir poliqon ola bilməz”, – deputat deyib.
O, bu məsələnin də Milli Məclisin cari sessiyasının qanunvericilik işləri planına və gündəliyinə salınmasını təklif edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 30 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















