Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə Azərbaycanda orta illik infl
"Report" ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi, növbəti il üçün 0,2 faiz
Bankın analitikləri 2025-ci ilin dördüncü rübündə inflyasiyanın 5,8 % təşkil edəcəyini gözləyirlər.
ING 2026-cı ilin birinci rübündə orta illik inflyasiyanın 5,7 %, ikinci rübdə 5,9 %, üçüncü və dördüncü rüblərdə isə 5,7 % səviyyəsində olacağını proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək.
Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.
BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.