Icma.az
close
up
RU
ING Azərbaycanda 2025 2026 cı illər üçün inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib

ING Azərbaycanda 2025 2026 cı illər üçün inflyasiya proqnozlarını yenidən nəzərdən keçirib

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.

"Report" ING-yə istinadən xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi, növbəti il üçün 0,2 faiz bəndi artıb, 2027-ci il üzrə proqnoz isə dəyişməyib.

Bankın analitikləri 2025-ci ilin dördüncü rübündə inflyasiyanın 5,8 % təşkil edəcəyini gözləyirlər.

ING 2026-cı ilin birinci rübündə orta illik inflyasiyanın 5,7 %, ikinci rübdə 5,9 %, üçüncü və dördüncü rüblərdə isə 5,7 % səviyyəsində olacağını proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, cari ildə inflyasiya 6 % həddində, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.

BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.

Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti illərdə müvafiq olaraq 4 % və 3 %, "Fitch Ratings" 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, "Fitch Solutions" 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 5,7 % təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri