İngilis aparıcı, süni intellektlə xəbərlər “AnewZ”da nələr gördük? | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda “AnewZ” beynəlxalq telekanalının fəaliyyətə başlamasından 100 gün ötür.
12-dən çox ölkədə təmsilçisi olan və 110-dan çox ölkədə yayımlanan “AnewZ” fəaliyyət göstərdiyi bu müddət ərzində nəinki yerli, həmçinin dünya mediası üçün də etibarlı xəbər mənbəyinə çevrilib.
Bakıdan dünyanın nəbzini tutmağa imkan verən telekanal qısa müddət ərzində çox sayda izləyicinin diqqətini özünə cəlb etməyə nail olub.
Belə ki, “AnewZ” siyasi, iqtisadi, sosial sahələri əhatə edən xəbərlər, sənədli filmlər və eksklüziv müsahibələrlə həftənin 7 günü, 24 saat izləyiciləri üçün əlçatandır.
Məqsədi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsini Bakıdan bütün dünyaya tərəfsiz, neytral mövqedən təqdim etmək olan telekanalın efirində həftə ərzində bir neçə siyasi proqram yayımlanır, efirlərin hazırlanması zamanı isə innovativ texnologiyalardan istifadə edilir.
“Qafqazinfo” “AnewZ”un fəaliyyətə başlamasının 100 gününün tamam olması münasibətilə telekanalın qonağı olub və burada iş prosesi ilə yaxından tanış olub.
Söhbət zamanı telekanalın icraçı direktoru Rüfət Həmzəyev geridə qalan bu müddət ərzində görülən işlərdən və nail olunan uğurlardan bəhs edib.
Tam oxu
Xəbəri oxu