Icma.az
close
up
RU
İngilis aparıcı, süni intellektlə xəbərlər “AnewZ”da nələr gördük?

İngilis aparıcı, süni intellektlə xəbərlər “AnewZ”da nələr gördük?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda “AnewZ” beynəlxalq telekanalının fəaliyyətə başlamasından 100 gün ötür. 12-dən çox ölkədə təmsilçisi olan və 110-dan çox ölkədə yayımlanan “AnewZ” fəaliyyət göstərdiyi bu müddət ərzində nəinki yerli, həmçinin dünya mediası üçün də etibarlı xəbər mənbəyinə çevrilib. 

Bakıdan dünyanın nəbzini tutmağa imkan verən telekanal qısa müddət ərzində çox sayda izləyicinin diqqətini özünə cəlb etməyə nail olub. Belə ki, “AnewZ” siyasi, iqtisadi, sosial sahələri əhatə edən xəbərlər, sənədli filmlər və eksklüziv müsahibələrlə həftənin 7 günü, 24 saat izləyiciləri üçün əlçatandır.

Məqsədi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsini Bakıdan bütün dünyaya tərəfsiz, neytral mövqedən təqdim etmək olan telekanalın efirində həftə ərzində bir neçə siyasi proqram yayımlanır, efirlərin hazırlanması zamanı isə innovativ texnologiyalardan istifadə edilir. 

“Qafqazinfo” “AnewZ”un fəaliyyətə başlamasının 100 gününün tamam olması münasibətilə telekanalın qonağı olub və burada iş prosesi ilə yaxından tanış olub. 

Söhbət zamanı telekanalın icraçı direktoru Rüfət Həmzəyev geridə qalan bu müddət ərzində görülən işlərdən və nail olunan uğurlardan bəhs edib. Onun sözlərinə görə, kanal yayıma ilk başladığı həftə ölkə miqyasında əhəmiyyətli tədbir olan COP29 iqlim sammitinin başlamasına təsadüf edib: “Bu bizim ilk böyük sınağımız oldu. Bundan əlavə, regionun əsas xəbər səsi kimi çıxış etmək niyyətindəyik. Bu dövr ərzində siyasi gündəmin əsasını təşkil edən xəbərlərin mərkəzində olmağa çalışdıq. Bəzi hallarda bizim efir sürətimiz dünya üzrə bəzi aparıcı xəbər mərkəzlərindən daha irəlidə idi. Bildiyiniz kimi, ötən il dünyada seçki ili kimi də yadda qaldı. İlin sonunda, kanalımızın yayıma başladığı dövrdən sonra gündəmdə olan bütün seçki prosesinin əsas xəbər mərkəzi kimi çıxış etməyə çalışmışıq”.

Kanalın fəaliyyət istiqamətləri barədə danışan icraçı direktor “AnewZ”un əsas konsepsiyasının xəbər və analitika olduğunu diqqətə çatdırıb. O bildirib ki, 24 saatlıq yayımın əsas hissəsi xəbər buraxılışları və bülletenlərinə aiddir: “Analitika sahəsində isə, şərh proqramlarımızı qeyd etmək lazımdır. Gün ərzində beş müxtəlif mövzuda, dünyanın aparıcı siyasi gündəminin mərkəzində olan məsələlərə yanaşma təqdim edirik”.

Fotoda: Rüfət Həmzəyev

Kanalın hazırkı işindən bəhs edən R.Həmzəyev xəbər hazırlanması prosesində “AnewZ”un süni intellekt həllərindən istifadə edən kanallardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, burada süni intellekt həlləri dedikdə, söhbət həm audio, həm də video həllərdən gedir: “Xəbər bülletenlərimizdə ən azı 1 xəbər süni intellekt vasitəsilə səsləndirilir. Videoların tətbiqində də süni intellekt həllərindən istifadəyə çalışırıq”. 

Onu da qeyd edək ki, telekanalda xəbərlərin hazırlanması prosesində “nxtedition” proqram təminatından istifadə edilir ki, dünya üzrə bu avadanlıqdan istifadə edən kanalların sayı təqribən 10-a bərabərdir. 

Bununla yanaşı, “AnewZ”un baş redaktoru Qay Şoun telekanalın öz fəaliyyətində rəqəmsal yanaşmaları prioritet məsələ hesab etdiyini vurğulayıb. O bu xüsusda kanalda həyata keçirilən bütün iş prosesində ən son texnologiyalardan istifadə edildiyini qeyd edib. 
Kanalda həm yerli, həm də dünyanın bir çox ölkəsindən gələn peşəkarların çalışdığını bildirən Q.Şoun bununla belə əməkdaşların peşəkarlığının daim artırılması istiqamətində addımlar atılmasının zəruriliyini də bildirib. 

Telekanalda müxtəlif ölkələrdən çox sayda əməkdaşın çalışmasını nəzərə alaraq, bunun fərqli ölkələrin təcrübəsini eyni bir komandada toplamağa imkan verdiyini qeyd etmək lazımdır. Həmsöhbətimiz olan kanalın xəbər aparıcısı Keti Uilson “AnewZ”da məhz bu cəhəti yüksək qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, daha əvvəllər BBC-də çalışsa da, ilk dəfə “AnewZ”da, beynəlxalq bir komandada aparıcı olaraq fəaliyyət göstərmək imkanına sahib olub: “Bu kanalı mənim üçün özəl edən cəhətlərdən biri onun beynəlxalq olması, müxtəlif ölkələrdən iş yoldaşlarına sahib olmağımdır. Hər kəs çox mehriban, səmimidir. Bura işləmək üçün çox yaxşı mühitə sahibdir”.

Kanalın digər xəbər aparıcısı Anita Sharma isə ölkəmizdə xəbərlərə marağın çox olmasından bəhs edib və Bakıda, “AnewZ” komandasında çalışmağından qürur duyduğunu dilə gətirib. 

Onu da qeyd etmək lazımdır ki, “AnewZ” ötən il noyabrın 4-də fəaliyyətə başlayıb və o gündən bu günə qədər qısa zaman keçməsinə baxmayaraq, kanal sosial şəbəkələrdə kifayət qədər auditoriyaya sahibdir. 

Bununla yanaşı, yaxın zamanlarda kanalda yeni, eləcə də mədəni sahələrdə proqramların yayımlanması planlaşdırılır.

Günel İbrahimova

Video: Pərvin Zeynal




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri