Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. İngiltərə Premyer Liqasının 20-ci turunda “Kristal Pelas” “Çelsi” ilə oyunda məğlubiyyət
“Report” xəbər verir ki, “Kristal Pelas” – “Çelsi” London derbisi “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of
Derbidə hesabı açan “zadagənlar” olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb.
Bununla belə, təziqi artıran “qartallar” oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar.
Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.
Paralel keçən digər qarşılaşmada “Mançester Siti” Londonun “Vest Hem”inə dörd qol vurub.
10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub.
Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb.