İngiltərə Premyer Liqası: “Çelsi” London derbisində xal itirib, “Mançester Siti” rəqibini darmadağın edib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 20-ci turunda “Kristal Pelas” “Çelsi” ilə oyunda məğlubiyyətdən xilas olub, “Mançester Siti” isə “Vest Hem”i darmadağın edib.
“Report” xəbər verir ki, “Kristal Pelas” – “Çelsi” London derbisi “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of Mançester Stedium”da baş tutub.
Derbidə hesabı açan “zadagənlar” olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran “qartallar” oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.
Paralel keçən digər qarşılaşmada “Mançester Siti” Londonun “Vest Hem”inə dörd qol vurub. 10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.
Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda “Aston Villa” “Lester”i (2:1), “Bornmut” “Everton”u (1:0), “Brentford” isə “Sauthempton”u (0:5) yenib. Öncəki oyunda isə “Nyukasl” səfərdə “Tottenhem”dən üstün olub – 1:2.
Günə “Brayton” – “Arsenal” matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Yanvar 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















