İngiltərənin bu kəndi tamamilə yox ola bilər | Icma.az
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin şərq sahillərində yerləşən Norfolk qraflığının Happisburq kəndi növbəti 25 il ərzində tamamilə dənizə qərq olmaq təhlükəsi ilə üz-üzədir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1990-cı illərdən bəri bölgədə 250 metrdən çox sahil xətti yoxa çıxıb.
Uzun illər boyunca həm təbii gözəllikləri, həm də tarixi ilə tanınan kənd artıq ciddi ekoloji və yaşayış təhlükəsi ilə gündəmdədir.
Happisburqun simvollarından sayılan 235 illik mayak hazırda Şərqi İngiltərənin ən qədim aktiv mayakı olmaqla yanaşı, Böyük Britaniyada müstəqil şəkildə idarə olunan yeganə nümunədir.
İqlim mütəxəssisi Dr. Ian Richards sahil eroziyasının gözləniləndən daha sürətlə irəlilədiyini bildirir: "Bu yerlərdə baş verənlər artıq fər
Evlər dağılır, yollar itir və sahil xətti sürətlə geri çəkilir.” Kənd sakinləri isə gələcək barədə fərqli fikirlərdədirlər.
Bəziləri Happisburqun 1086-cı il tarixli Qiyamət Günü Kitabında (Domesday Book) qeyd olunmasına əsaslanaraq onun hələ uzunömürlü olacağına inanır.
Tam oxu
Xəbəri oxu