Icma.az
close
up
RU
İngiltərənin bu kəndi tamamilə yox ola bilər

İngiltərənin bu kəndi tamamilə yox ola bilər

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin şərq sahillərində yerləşən Norfolk qraflığının Happisburq kəndi növbəti 25 il ərzində tamamilə dənizə qərq olmaq təhlükəsi ilə üz-üzədir. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1990-cı illərdən bəri bölgədə 250 metrdən çox sahil xətti yoxa çıxıb. Uzun illər boyunca həm təbii gözəllikləri, həm də tarixi ilə tanınan kənd artıq ciddi ekoloji və yaşayış təhlükəsi ilə gündəmdədir.

Happisburqun simvollarından sayılan 235 illik mayak hazırda Şərqi İngiltərənin ən qədim aktiv mayakı olmaqla yanaşı, Böyük Britaniyada müstəqil şəkildə idarə olunan yeganə nümunədir.

İqlim mütəxəssisi Dr. Ian Richards sahil eroziyasının gözləniləndən daha sürətlə irəlilədiyini bildirir: 

"Bu yerlərdə baş verənlər artıq fərziyyə deyil, gözümüzün qabağında baş verən reallıqdır. Evlər dağılır, yollar itir və sahil xətti sürətlə geri çəkilir.”

Kənd sakinləri isə gələcək barədə fərqli fikirlərdədirlər. Bəziləri Happisburqun 1086-cı il tarixli Qiyamət Günü Kitabında (Domesday Book) qeyd olunmasına əsaslanaraq onun hələ uzunömürlü olacağına inanır. 

Digərləri isə pessimist yanaşır: "Dəniz həmişə haqqını sonunda alır. Bəzən dayanır, amma heç vaxt tam dayanmır,” – deyə bir sakin sosial mediada yazıb. Başqa bir sakin isə vəziyyətə belə münasibət bildirib: "Daha bir mil eroziya və mənim evim çimərlik mülkünə çevriləcək.”

Qeyd edək ki, kənddə və ətraf ərazilərdə sahil eroziyasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərin, xüsusilə qaya baryerlərinin effekt vermədiyi vurğulanır. Hemsby bölgəsində özəl şəkildə maliyyələşdirilən sahil müdafiəsi sistemi qısa müddət ərzində dəniz tərəfindən məhv edilib və çimərlikdə yalnız qaya qalıqları qalıb. Bölgənin qumlu torpaq quruluşu isə sahil müdafiəsində ciddi zəiflik yaradır.

Gülşad İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 20 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri