“İnkişaf edirik və daha yaxşı oynayacağıq” Filipe Kandido

12.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido

Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirib:

“Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xal qazanmağa layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqib təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməli olduğumuz məqamlar var. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.

Qarşıda beynəlxalq fasilə var. Bir tərəfdən bu, yaxşıdır, çünki hazırlıq üçün vaxtımız olacaq. Amma yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və hazırlığı tam heyətlə keçirə bilməyəcəyik. İstənilən halda, futbolçularımızın milliyə dəvət alması ilə fəxr edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью