“İnkişaf edirik və daha yaxşı oynayacağıq” Filipe Kandido
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt" "Şamaxı" ilə heç-heçəyə (1:1) razılaşıb.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matç haqda fikirlərini bildirib:
“Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq. Bu gün yalnız bir xal qazanmağa layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqib təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməli olduğumuz məqamlar var. Bir daha deyirəm, biz inkişaf edirik və daha yaxşı oynayacağıq.
Qarşıda beynəlxalq fasilə var. Bir tərəfdən bu, yaxşıdır, çünki hazırlıq üçün vaxtımız olacaq. Amma yəqin ki, iki futbolçumuz milli komandaya yollanacaq və hazırlığı tam heyətlə keçirə bilməyəcəyik. İstənilən halda, futbolçularımızın milliyə dəvət alması ilə fəxr edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 12 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















