futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Klubların avrokuboklara hazırlığı, transfer çalışmaları fonunda, bir həftədən çoxdu Azərbaycan kuboku çərçivəsində keçirilmiş 2 aprel tarixli “Neftçi” – “Sabah” qarşılaşmasının VAR hakimi Rauf Allahverdiyevin açıqlamaları, geniş müsahibəsi gündəmi zəbt etməsə də, müəyyən rezonans doğurub.
Açığı, belə olacağı öncədən bilinirdi. Gənc referi futbol ictimaiyyəti arasında tanınmır, APL-də cəmi 4 oyunda baş hakim funksiyasını yerinə
Buna rəğmən, rəsmi açıqlama olmasa da, Rauf bəyin özünün də bildirdiyi kimi, hakimlikdən ömürlük uzaqlaşdırıldığı ilə bağlı açıqlaması, AFFA
Futbolpress.az olaraq məsələyə dərhal reaksiya vermədik, araşdırmalar apardıq. Qərar verilibsə, niyə rəsmən açıqlanmır?
Qərar yoxdursa, bu həngamə nəyə görədir, kimlərin marağındadır? Suallar çoxdur.
Təcrübəmizə söykənərək, belə məsələlərdə hansısa cərəyana qoşulmaq, münasibət bildirmək yox, peşəkar rəyə üstünlük verdik.
Ölkə futbolunda bu sahənin incəliklərini bilən, böyük idarəçilik təcrübəsinə sahib, ən əsası, hər zaman çəkinmədən fikirlərini açıq bildirən futbol funksioneri, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova müraciət etdik.