Icma.az
close
up
RU
“İnkişaf Strategiyası adı altında bir il vaxt itirildi” (MÜSAHİBƏ)

“İnkişaf Strategiyası adı altında bir il vaxt itirildi” (MÜSAHİBƏ)

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Klubların avrokuboklara hazırlığı, transfer çalışmaları fonunda, bir həftədən çoxdu Azərbaycan kuboku çərçivəsində keçirilmiş 2 aprel tarixli “Neftçi” – “Sabah” qarşılaşmasının VAR hakimi Rauf Allahverdiyevin açıqlamaları, geniş müsahibəsi gündəmi zəbt etməsə də, müəyyən rezonans doğurub. Açığı, belə olacağı öncədən bilinirdi. Gənc referi futbol ictimaiyyəti arasında tanınmır, APL-də cəmi 4 oyunda baş hakim funksiyasını yerinə yetirib, əsasən VAR sistemində fəaliyyəti olub. Buna rəğmən, rəsmi açıqlama olmasa da, Rauf bəyin özünün də bildirdiyi kimi, hakimlikdən ömürlük uzaqlaşdırıldığı ilə bağlı açıqlaması, AFFA tərəfindən bu günə qədər rəsmi reaksiyanın verilməməsi müəyyən suallar yaradır.

Futbolpress.az olaraq məsələyə dərhal reaksiya vermədik, araşdırmalar apardıq. Qərar verilibsə, niyə rəsmən açıqlanmır? Qərar yoxdursa, bu həngamə nəyə görədir, kimlərin marağındadır?

Suallar çoxdur. Təcrübəmizə söykənərək, belə məsələlərdə hansısa cərəyana qoşulmaq, münasibət bildirmək yox, peşəkar rəyə üstünlük verdik. Ölkə futbolunda bu sahənin incəliklərini bilən, böyük idarəçilik təcrübəsinə sahib, ən əsası, hər zaman çəkinmədən fikirlərini açıq bildirən futbol funksioneri, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova müraciət etdik.

– Tahir müəllim, gənc referi Rauf Allahverdiyev hakimlikdən uzaqlaşdırılması ilə bağlı açıqlamalar verib. Tanış olmaq imkanınız olub?
– Gənc həmkarımızın mətbuatda getdiyi müsahibəsini oxumuşam.

– Münasibət bildirərdiniz…
– Bu məsələyə qısa fikir bildirmək mümkünsüzdür. Futbol, hakimlik idarəçiliyi qaydalara, faktlara söykənməlidir. Məsələ tək bir oyun epizoduna istinadən deyil, daha əhatəli, hərtərəfli obyektiv araşdırma mövzusudur. Futbolda dərin qatlar mövcuddur.

– Rauf Allahverdiyev “Neftçi” – “Sabah” oyununda səhvini etiraf etməklə yanaşı, bildirir ki, çempionat oyunlarında bundan da betər səhvlər olub, amma heç kim belə cəzaya məruz qalmayıb. Eynilə, məlum görüşdə niyə tək onun cəzalandırılmasına şikayətçidir və konkret həmin oyunda baş hakim olan Əliyar Ağayevin də adını çəkir.
– Ümumiyyətlə, qeyd etdiyim kimi, problemə bir epizod, bir hakim çərçivəsində baxılmasının əleyhinəyəm. Fikir verin, çempionat ərzində mətbuat, siz jurnalistlər, məşqçilər, ekspertlər, azarkeşlər qarşılaşmalarda baş verən ciddi, nəticəyə birbaşa və dolayı təsir edən kobud hakim səhvləri dəfələrlə qabardılıb, gündəmə gətirilib, müzakirələr aparılıb. Ən kritik məqamlarda çıxılmaz vəziyyətdə qalan Hakimlər Komitəsinin sədri Frank De Bleker Avropa standartlarına uyğun ikili açıqlamalar verib, özünə bəraət qazandıraraq ciddi problemlərin olmadığını vurğulayıb. İndi isə bu sahədə aktiv fəaliyyət göstərən, sistemin içində olan referi idarəçilik nöqsanlarının çox olduğunu, digər oyunlarda da baş verdiyini doğru olaraq dilə gətirir. Bu, çempionat ərzində ictimaiyyət tərəfindən deyilənlərin əyani təsdiqidir. Digər tərəfdən, bu bir hakimin fərdi xətası deyil, kütləvidir, ümumi futbol, hakimlik sektorunda olan problemlərin, təəssüf ki, həll olunmamasıdır. Baxmayaraq ki, dəfələrlə bildirmişəm, Azərbaycan Premyer Liqasında hakim idarəçiliyi adına ideal şərait yaradılıb. Hakimlərə heç bir təzyiq yoxdur, ictimai asayiş stadionlarda yüksək səviyyədə təmin edilir, hakimlərin maddi təminatı yerindədir, komandaların, məşqçi, futbolçuların bir-birilərinə meydanda münasibətləri nümunəvidir. Belə vəziyyətdə bu qədər kobud səhvlərin olması qəbuledilməzdir.

– Rauf Allahverdiyev bildirir ki, onu qərəzli olmaqda suçlayırlar.
– Gənc hakimin çox ciddi açıqlamalarına assosiasiyadan, müvafiq komitə və departamentdən, bu günə kimi münasibət bildirilməyib. Konkret faktlar gətirilir, bildirilir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayevin referi ilə söhbətində, onun hakimlikdən kənarlaşdırması qərarını federasiya prezidenti Rövşən Nəcəf verib. Görünən odur ki, hakim olanı deyir. Baş katibin belə və buna bənzər söz deməsi, icraçı vitse-prezidentin müşahidəçi susqunluğu mövqeyi, federasiyada idarəçilik mexanizminin hansı səviyyədə olduğunu göstərir. Hakim cəzasını qoyaq bir kənara, AFFA-nın iki yüksək çinli, faktiki olaraq assosiasiyanı idarə edən şəxslərin gənc referi qarşısında qeyd olunanların səsləndirilməsi rəzalətdir. Bu fakt kifayətdir ki, AFFA prezidenti məmurları barədə araşdırmaya start versin. Bütün prosedur, idarəçilik qaydaları pozulur. Rövşən Nəcəf prezident olsa da, təkbaşına qərar verə bilməz, ancaq məsələyə baxılması qərarı ola bilər. Elə bu əsasla da Rauf Allahverdiyevlə görüş baş tutub. Bu azmış kimi, AFFA-nı idarə edən şəxslər hakimə “qərəzdə şübhələnirik” deyiblər. Bu tipli məsələlərin araşdırılması üçün AFFA-nın müvafiq komitə və komissiyaları mövcuddur. Belə taleyüklü məsələlər qanuna, Hakimlər Komitəsinin kodeksinə söykənməli, araşdırmalar ardıcıllıq olaraq aparılmalı, AFFA rəhbərliyi son anda qərar verməlidir. Əgər şifahi olaraq referiyə – özü də bildirdiyi kimi – Hakimlər Departamentinin sıravi əməkdaşı tərəfindən çatdırılırsa, yuxarıda göstərilən kimi, təsəvvür edin, AFFA-da idarəçilik sütunları hansı dərəcədə çalışır.

– Hakim qərəzli olmaqda suçlanırsa, bəlkə əllərində tutarlı faktlar var?
– Faktlar varsa, bunlar komitələr tərəfindən qanunlaşdırılmalı, hüquqi əsaslandırılmalı və qərar verildikdən sonra AFFA tərəfindən rəsmən elan olunmalıdır. Məsələ isə sıravi əməkdaş səviyyəsinə endirilib. Sanki AFFA-da “ötür-ötür” oyunu oynanılır. Hüquqi prosedurlar, araşdırmalar aparılsa da, hiss olunur ki, federasiya daxilində çəkişmələr, qarşıdurmalar, intriqalar pik həddə çatıb, qruplaşmalar arasında kabinet savaşları gedir. Nəzərə alaq ki, bəlli görüşün hakim-inspektoru Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev olub. Frank De Bleker isə Belçikada istirahətdədir. Çempionatın startına bir aydan az vaxt qalıb. İşə belə münasibətlə, görünən odur ki, yeni mövsümdə hakim qalmaqalları azalmayacaq, daha da artacaq.

– AFFA hakimi ittiham edir, Rauf Allahverdiyev də “Sabah” futbol klubunu. Bir az da önə gedərək, komandaların, mətbuatın da təsir altına düşdüyü qeyd edilir.
– Çempionatda heç bir komanda deyə bilməz ki, onun lehinə və ya əlehinə qərarlar verilməyib. Bu, fərdi yox, ümumi problemdir , De Blekerə, müvafiq departamentə aid olan və həlli yollarını gözləyən məsələlərdir. Onlar üzərində heç bir nəzarət mexanizmi yoxdur. AFFA kuluarlarındakı və futbolda olan qruplaşmalara sözünü deyən, haqqını tələb edən klublar sərfəli deyil. Necə ki, dəfələrlə mətbuatın, ekspert, azarkeşlərin haqlı iradlarına bir çox klublar susublar, bəziləri daha irəli gedərək, haqsızlığa uğramalarına baxmayaraq, təriflər yağdırıblar. Reallıq isə hazırda görünən durumdur. AFFA məmurlarına, komitələrə sakit, başıaşağı komandalar, klublara yeridilmiş “idarəçilər” sərfəlidir.
O komanda haqsız olur ki, emosiyalara varır, məğlubiyyətlərə bəhanələr gətirilir, öz günahları başqalarının üzərinə atılır, sonda da haqsız çıxırlar. Məlum olayda isə, qalib gələn komanda heç bir qalmaqal törətmədən, öz hüqunu müdafiə edib və doğru çıxıb. VAR hakiminin də etiraf etdiyi kimi, kobud səhv edilib. Bununla da klubun missiyası bitib. “Sabah” olmasın, “Neftçi”, “Qarabağ”, “Zirə”, “Araz Naxçıvan”, “Turan Tovuz” olsun, fərq etməz, bütün klublara aiddir. Hər bir klub qaydalar çərçivəsində öz nüfuzunu, komandasını, məşqçi, futbolçularını, azarkeşlərini qorumağı bacarmalıdır. Qərarı verən Hakimlər Komitəsi, digər aidiyyatı komitələr, AFFA-dır. Hiss olunur ki, federasiyada kimlərsə öz bacarıqsızlıqlarını kənara daşımaq, səmti, istiqaməti dəyişmək niyyəti güdürlər. Bütün suallar federasiyaya ünvanlanmalıdır.

– Tahir müəllim, gənc həmkarınıza nə tövsiyyə edərdiniz?
– Öncə təmkinli olmağı arzu edirəm. Bir futbolçunun yetişməsi kimi, hakimin də hazırlığına 5-10 il vaxt lazım olur. Qanunlara söykənərək istənilən dəstəyi verməyə hazırıq. Məlum oyunda VAR hakimi olub. Frank De Bleker özünü qorumaq üçün UEFA Konvensiyasını əsas gətirə, aranı qatmağa çalışa bilər. Ən tutarlı fakt, referi-VAR yazışmalarının ictimailəşməsidir. Bu praktikadan əvvəlki mövsümlərdə də istifadə edilib. Ancaq bu halda tam obyektivliyin üzə çıxması təmin edilə, sular durula, federasiyada haqlı-haqsız olanlar üzə çıxa bilər. Bir ildən çoxdur AFFA-da kadr dəyişikləri baş versə də, futbol idarəçiliyi sistemi yenilənməyib, beyin olaraq eyni mexanizmdir. Seçki konfransından sonra İnkişaf Strategiyası adı altında bir il vaxt itirildi, durğunluq ayları bir-birini əvəz etdi, indi də futbol “sıfırlanandan” sonra “geridönüş”, gizli keçmiş idarəçilik sisteminə qayıdılır. Bunların qarşısı alınmayınca, futbolda hələ çox qalmaqallar baş verəcək.

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri