Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Mahirə Əmirhüseynova: “Yanız vahid birlik hesabına insan alveri cinayətini aradan qaldıra və sağlam, təhlükəsiz həyatımızı təmin edə bilərik” “Bugünkü reallıq ondan ibarətdir ki, insan ləyaqətini və toxunulmazlığına zərbə olan insan alveri cinayətinin miqyası və əhatə dairəsi genişlənir.
Səbəbi də sərhədlərin şəffaf olması və nəzarətsiz zona hesab edilən sosial şəbəkələrin sayının artmasıdır.
Müsbət haldır ki, buna adekvat olaraq, dövlətlər beynəlxalq səviyyədə fəaliyyətlələrini gücləndirirlər.
Son illər dövlətlərin insan alverinə qarşı birgə koordinasiyalı işlərini genişləndirmələri, mühüm sənədlər qəbul edib, konvensiyalar imzalamaları qeyd olunanlara misal ola bilır”.
Bu fikirləri KİV-ə açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyətinin üzvü, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.
M.Əmirhüseynova bildirib ki, sivil, demokratik dünyanın bir hissəsi olan Azərbaycanda bu ağrılı problemin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır, qanunlar, qərarlar qəbul edilir, beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri həyata keçirilir: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi MFP-nın 4.2.1.