Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“İnsan alveri insan ləyaqətini və toxunulmazlığını pozur” ŞƏRH

“İnsan alveri insan ləyaqətini və toxunulmazlığını pozur” ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Mahirə Əmirhüseynova: “Yanız vahid birlik hesabına insan alveri cinayətini aradan qaldıra və sağlam, təhlükəsiz həyatımızı təmin edə bilərik

“Bugünkü reallıq ondan ibarətdir ki, insan ləyaqətini və toxunulmazlığına zərbə olan insan alveri cinayətinin miqyası və əhatə dairəsi genişlənir. Səbəbi də sərhədlərin şəffaf olması və nəzarətsiz zona hesab edilən sosial şəbəkələrin sayının artmasıdır. Müsbət haldır ki, buna adekvat olaraq, dövlətlər beynəlxalq səviyyədə fəaliyyətlələrini gücləndirirlər. Son illər dövlətlərin insan alverinə qarşı birgə koordinasiyalı işlərini genişləndirmələri, mühüm sənədlər qəbul edib, konvensiyalar imzalamaları qeyd olunanlara misal ola bilır”. Bu fikirləri KİV-ə açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının İdarə Heyətinin üzvü, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib. M.Əmirhüseynova bildirib ki, sivil, demokratik dünyanın bir hissəsi olan Azərbaycanda bu ağrılı problemin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır, qanunlar, qərarlar qəbul edilir, beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələri həyata keçirilir: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi MFP-nın 4.2.1. və 4.2.3.-cü bəndlərini rəhbər tutaraq insan alveri ilə mübarizə məqsədilə sosial videoçarx hazırlamışdır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin insan alveri cinayətinə qarşı apardığı mübarizə, gördüyü müsbət işlər cəmiyyətdə müsbət qarşılanmaqla yanaşı, bu sahədə problemlərin geniş şəkildə yayılmasının qarşısının alınmasına yardımçı olub. 45 qeyri-hökumət təşkilatını özündə birləşdirən İnsan Alvеrinə qarşı Qеyri-Hökumət Təşkilatları Kоalisiyası mütəmadi olaraq əhali arasında maarifləndirmə tədbirləri həyata keçirir, çap və elektron materiallar hazırlanaraq sosial şəbəkələrdə paylanılması təmin edilir. İnsan alveri qurbanları üçün “Qaynar xətt” ,“Sığınacaq”, “Kömək Fоndu”, “Yаrdım Mərkəzi”, telefon xidmətlərinin, eləcə də rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi, qurbanların sosial reabilitasiyası, xüsusi müəssisələrə yerləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görülməsi ölkəmizdə insan alverinə qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasına imkanlar yaradır”.

M.Əmirhüseynova onu da bildirdi ki, bundan sonra qarşıda dayanan əsas məsələ insan alverinə qarşı mübarizə sahəsində əldə edilən müsbət nəticələri qoruyub, saxlamaq və davamlılığını təmin etməkdir: “Hüquqi, demokratik dövlət quruculuğuna sədaqətli olan Azərbaycan dövləti insan və vətəndaş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyasətinin prioritet istiqaməti olaraq qəbul edib və onu çox böyük əzmlə həyata keçirir. Nəticələr uğurlu və ürək açandır. Çünki, beynəlxalq təşkilatlarında hesabatlarında, insan hüquq və azadlıqları sahəsində Azərbaycanın həyata keçirdiyi siyasət yüksək qiymətləndirilir. Hesab edirəm ki, bu və digər nəzər də tutulan işlərin həyata keçilməsini yalınız dövlətin üzərinə atmaq və dövlətdən tələb etmək ədalətsizlik olardı. Cəmiyyətin bütün təbəqləri insan alverinə qarşı mübarizə də birlik və vəhdət nümayiş etdirməlidir. Yanız vahid birlik hesabına əksər problemlərdən qurtulduğumuz kimi insan alveri cinayətini də aradan qaldıra və sağalam, təhlükəsiz həyatımızı təmin edə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri