Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nurəddin İsmayılBMT-nin İqlim Dəyişilmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırdı.
Çox böyük çətinliklərə, süni manelərə, bir sıra dövlətlərin boykot cəhdlərinə, siyasi təzyiqlərinə baxmayaraq Azərbaycan ev sahibi olaraq bu beynəlxalq tədbirin uğurla keçirilməsini təmin edə bildi.
80 dövlət və hökumət başçısının qeydiyyatdan keçdiyi, 70 mindən artıq iştrakçının qatıldığı bu tədbirə ev sahibliyi etmək, nəzərdə tutulan zaman çərçivəsində onların qarşılıqlı fəaliyyətini tənzimləmək, paytaxt və bölgələr üzrə gəzintilərini, müşahidə istəklərini yüksək səviyyədə təşkil etmək, bu sayda insanın yerləşdirilməsi, sərbəst hərəkəti, təhlükəsizliyinin qorunması üçün önləyici tədbirlər planını həyata keçirmək heç də asan məsələ deyildi.
Təbii ki, buna qədər bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəmizin əldə etdiyi təcrübə bu sessiyanın da lazımi səviyyədə keçirilməsinə, yeni təcrübə ilə zənginləməsinə sitimul verməyə bilməzdi.
İqlim layihələrinin realllaşması üçün qəbul eilən qərarlar, əldə edilən razılaşmalar tədbirin pozulmasına edilən cəhdləri, şübhələri geridə buraxdı və qarşıdan gələn illərdə icraya yönələcək qlobal əhəmiyyətli qərarlar verildi.
Sessiyada “Bakı maliyyələşdirmə məqsədləri” adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı tarixi konsesus əldə edildi.
Bu razılaşma 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün1,3 trilyon ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur.