Icma.az
close
up
RU
İnsan haqlarını özümüzə görə qoruyaq... AzPolitika onlayn siyasiictimai qəzet

İnsan haqlarını özümüzə görə qoruyaq... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nurəddin İsmayıl

BMT-nin İqlim Dəyişilmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırdı. Çox böyük çətinliklərə, süni manelərə, bir sıra dövlətlərin boykot cəhdlərinə, siyasi təzyiqlərinə baxmayaraq Azərbaycan ev sahibi olaraq bu beynəlxalq tədbirin uğurla keçirilməsini təmin edə bildi.

80 dövlət və hökumət başçısının qeydiyyatdan keçdiyi, 70 mindən artıq iştrakçının qatıldığı bu tədbirə ev sahibliyi etmək, nəzərdə tutulan zaman çərçivəsində onların qarşılıqlı fəaliyyətini tənzimləmək, paytaxt və bölgələr üzrə gəzintilərini, müşahidə istəklərini yüksək səviyyədə təşkil etmək, bu sayda insanın yerləşdirilməsi, sərbəst hərəkəti, təhlükəsizliyinin qorunması üçün önləyici tədbirlər planını həyata keçirmək heç də asan məsələ deyildi. Təbii ki, buna qədər bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəmizin əldə etdiyi təcrübə bu sessiyanın da lazımi səviyyədə keçirilməsinə, yeni təcrübə ilə zənginləməsinə sitimul verməyə bilməzdi. İqlim layihələrinin realllaşması üçün qəbul eilən qərarlar, əldə edilən razılaşmalar tədbirin pozulmasına edilən cəhdləri, şübhələri geridə buraxdı və qarşıdan gələn illərdə icraya yönələcək qlobal əhəmiyyətli qərarlar verildi. Sessiyada “Bakı maliyyələşdirmə məqsədləri” adlı yeni iqlim maliyyə meyarının yaradılması ilə bağlı tarixi konsesus əldə edildi. Bu razılaşma 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün1,3 trilyon ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar ayırmaq öhdəliyi kimi dəyərləndirilməlidir.

Sessiyada həmçinin inkişaf etməkdə olan ölkələrdə, kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərində iqlim dəyişilmələrinin fəsadlarının aradan qaldırılmasını təmin etməyə yönələn İtki və Zərər fondunun yaradılması barədə qərarın qəbul edilməsi də o ölkələrə ən böyük ərmağan oldu. Bu irəliləyişin məhz Bakıda, diplomatik gərginliklərin, ölkəmizə qarşı basqıların yaşandığı bir vaxtda əldə edilməsi dost olmayan ölkələr üçün nə qədər şaşırtıcı olsa da, dost ölkələr üçün br o qədər sevindirici oldu. BMT-nin bu tədbirində iştirakdan müxtəlif bəhanələrlə yayınan dövlət başçılarının sərgilədiyi mövqe onların qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə uzlaşmadı. Onların dünyanı təhdid edən qlobal iqlim dəyişilmələrinə qarşı səfərbər olmaq, birgə mübarizə aparmaq əvəzinə, əllərinə fürsət düşüb deyə, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması məsələsini məqsədyönlü şəkildə gündəmə gətirməsi birmənalı qarşılana bilməzdi. İnsan hüquq və azadlıqlarının, demokratiyanın, ədalətin qorunub saxlanılması bu öhdəlikləri qəbul edən istənilən ölkə üçün prioritet olmalıdrır. Təbii ki, Azərbaycan da bu öhdəlikləri qəbul edən ölkə olaraq bu sahədə hesabatlı olmalı, ən azı ana yasa ilə üzərinə düşən vəzifələri daim vicdanla yerinə yetirməlidir.

Fikrimizcə, Azərbaycan yönətimi Qərbin diktəsi ilə deyil, demokratik bir cümhuriyyətin varisi olaraq fundamental insan haqlarının qorunmasında örnək olmalı, daxili siyasətə yönəlik baxışlarında beynəlxalq qınaqlara yer qoymayacaq dərəcədə ciddi dəyişiklik etməlidir. Lakin onların əsas niyyətinin, heç də insan hüquq və azadlıqlarının pozulması qayğısına qalmaq deyil, tədbirin əhəmiyyətini daraltmaq, Azərbaycanın bölgə və dünyada artan nüfuzunu aşağı salmaq, əvvəllər olduğu kimi, ölkəmizə qarşı təcridetmə siyasətini təzələmək xarakteri daşıdığı gün kimi aydındır. Sual olunur: Doğrudanmı bundan əvvəl Dubayda baş tutn 28-ci Tərəflər Konfransı Birləşmiş Əmirlikdə bütün insan azadlıqlarının təmin olunduğu şəraitdə keçirilmişdir? Nə üçün Bakı konfransına ağız büzən dövlət başçıları, demokratiyanın, insan hüquq və azadlıqlarının gözardı edildiyi o ərəb ölkəsində canı könüldən iştirak etmək qərarını verdilər? Məsələ aydındır. Azərbaycan bir sıra qərb dövlətlərinin erməni təəssübkeşliyindən, ikili standartlardan doğan məkrli planlarının korkoranə icraçısı olmaqdan vaz keçib. Ordusu, hərbi gücü, diplomatiyası ilə, yaxın və uzaq ölkələrə uyğun düzgün xarici siyasəti ilə onların 30 ildən çox öhdəsindən gəlmək istəmədiyi Qarabağ problemini bir həmlə ilə çozüb, BMT-nin icrasız qalan qətnamələrini təkbaşına icra edib, Minsk Qrupunun fərsizliyini faş edib, Cənubi Qafqazın yenidən şəkillənməsində söz sahibi olduğunu ortaya qoyub.

Tərəflər Konfransının Bakıda keçirilən sessiyasının uğurla başa çatması, sessiyada iqlim dəyişilmələri ilə mübarizədə sonrakı illərdə rəhbər tutlacaq mühüm qərarların qəbul edilməsi, niyyəti saf ölkə başçılarının bu uğurlarla bağlı təbrikləri ölkəmizin yeni dünya nizamlanmasında rolunu daha da önə çəkir. Konfrans göstərdi ki, qlobal iqlim dəyişilmələri etnik münaqişələrdən, böyük güclərin qarşıdurma siyasətindən, təkqütbülü hökmranlığa can atmadan, qan-qada gətirən silahlanmadan daha təhlükəlidir və bu təhlükəni aradan qaldırmaq üçün göstərilən təşəbbüslər, edilən maliyyə yardımları yetərli deyil. Məhz ölkəmizdə keçirilən bu mötəbər tədbirdə dünyaya verilən messajlar, iqlim dəyişilmələri sonucu bəşəriyyəti gözləyən bəlalar barədə həycan təbilinin çalınması ölkəmizin ciddi beynəlxalq məsələlərdə nə qədər məsuliyyətli olduğunu bir daha göstərdi. Azərbaycan beynəlxalq təzyiqlərlə yüklənmiş dünənindən, beynəlxalq çəki əldə edəcəyi gələcəyinə doğru inamla irəliləməli, xarici siyasətində elmin, texnologiyanın, tərəqqinin inkişafına münbit məkan olan Qərbə inteqrasiyasını prioritet olaraq diqqətdə saxlamalı, daxili siyasətində ölkə vətəndaşlarının hər cür azadlıqlarla əhatə olunmasını, rifah halının yaxşılaşdırılmasını, təhlükəsiz, hürr yaşamasını təmin etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri