Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ətrafımızdakı insanlar hər birimizə təsir edən, bəlkə də, ən başlıca faktordur.
Ona görə də deyirlər ki, hər bir insan ətrafındakıların ortalamasıdır.
Xarakteremizin, vərdişlərimizin, zövqlərimizin formalaşmasında, sözsüz ki, ətrafımızdakı insanların, o cümlədən dostlarımızın, sevdiklərimizin mühüm rolu var.
Onlarla tez- tez görüşür, danışırıq.Bəzən həyatımızda elə adam olur ki, onunla, az qala hər gün görüşür və ya telefonla danışırıq.
Eyni gündə, eyni saatda...Vaxt keçir. Gündəlik qayğılar, uğur və uğursuzluqlar bir- birini əvəz edir.
Qəfil- işdə olanda, yol gedəndə, kimləsə nəyisə müzakirə edəndə anidən yuxudan ayılmış kimi oluruq. Həmin adam yadımıza düşür. Haradadır?
Kimlədir? Nə edir? Bu kimi suallar barədə düşünür, gördüyümüz işi yarımçıq qoyuruq.