Icma.az
close
up
RU
İnsanlar içində də yalnızdır insan...

İnsanlar içində də yalnızdır insan...

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ətrafımızdakı insanlar hər birimizə təsir edən, bəlkə də, ən başlıca faktordur. Ona görə də deyirlər ki, hər bir insan ətrafındakıların ortalamasıdır. 

Xarakteremizin, vərdişlərimizin, zövqlərimizin formalaşmasında, sözsüz ki, ətrafımızdakı insanların, o cümlədən dostlarımızın, sevdiklərimizin mühüm rolu var. Onlarla tez- tez görüşür, danışırıq.

Bəzən həyatımızda elə adam olur ki, onunla, az qala hər gün görüşür və ya telefonla danışırıq. Eyni gündə, eyni saatda...

Vaxt keçir. Gündəlik qayğılar, uğur və uğursuzluqlar bir- birini əvəz edir. Qəfil- işdə olanda, yol gedəndə, kimləsə nəyisə müzakirə edəndə anidən yuxudan ayılmış kimi oluruq. Həmin adam yadımıza düşür. Haradadır? Kimlədir? Nə edir? Bu kimi suallar barədə düşünür, gördüyümüz işi yarımçıq qoyuruq. 

Sonuncu  nə dəfə nə vaxt görüşdüyümüzü, nədən danışdığımızı xatırlamağa çalışırıq. Məyusluğumuz daha da artır. Məlum olur ki, uzun müddətdir bir - birimizdən xəbərimiz yoxdur. Hərçənd hər şeyin çox yaxşı olduğu vaxtlar var idi. Xatirələrimiz isə o qədərdir ki...

İzlədiyimiz filmin ən maraqlı yerində birlikdə ürəkdən gülməyimizi, gecə yarısı ikimizin də yuxumuzun qaçdığı vaxtda saatlarla danışmağımızı, restorandan içkili çıxıb səndələyərək gəzməklərimizi və həmin an bir - birimizə təbəssüm etməyimizi yada salırıq. Dəfələrlə ən çətin vaxtımızda bir- birimizin yanında olmuş, bir - birimizə inanmış, ümidi qarşı tərəfdə tapmışdıq. İndi isə, demək olar, iki yad insanıq.

Bu  düşüncülərlə zəng etmək istəyirik. Ancaq əlimizi saxlayırıq. Sanki nədənsə çəkinirik. Zəng edib nə deyək? Uzun müddət istənilən saatda zəng etməkdən çəkinmədiyimiz insanı indi narahat etməkdən qorxuruq.

Mesaj yazırıq: "Salam, necəsən?". 10-15 dəqiqə keçir. Cavab yazacağını düşünürük. Amma saatlar keçir, cavab gəlmir. Halbuki hər şeyin yaxşı olduğu vaxtlarda bu qədər gözlətməzdi.

Bəlkə də, mesajı görüb, oxuyub. Ancaq indi başqa işi var, başqa adamla gəzir, danışır. Tamamilə boş olmağını, bütün işlərini bitirməyi gözləyir. Ona görə heç bir kəlmə də yazmır.

Saatlar sonra cavab gəlir: "Sağ ol, sən necəsən?". Daha nə isə yazmaq, necə deyərlər, söhbəti uzatmaq istəmirsən. Yazmırsan da.

Sadəcə niyə belə olduğunu düşünürsən. Sonra fikirləşirsən ki, əvvəllər də oxşar hadisələr olub: kimisi gəlib, kimisi gedib.

Elə indi həyatında olmayan bir nəfərin vaxtı ilə səsləndirdiyi fikirləri xatırlayırsan: "Həyatının mərkəzində özünsən. İnsanlar sənin ətrafında fırlanırlar. Bəziləri gəlir, bəziləri gedir".

Anlayırsan ki, əslində hər kəsin həyatı eynidir: indi sənin axtardığın adam da, bəlkə də, başqasını axtarır, başqası üçün darıxır, başqası haqqında düşünür...

Kənan Novruzov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri