Bizimyol saytına istinadən Icma.az xəbər verir. İnam hər münasibətin, hər cəmiyyətin təməlidir.
O olmasa, sevgi də, dostluq da, əməkdaşlıq da uzunömürlü ola bilmir. Amma bu gün sanki inam itməkdədir.
İnsanlar bir-birinə deyil, daha çox öz qorxularına inanır. Hər kəsin bir dəfə aldanmış, bir dəfə etibarının sarsıldığı anı olub.
O travma unudulmur, sadəcə gizlənir. Yeni insanla tanış olanda biz artıq onu yox, keçmişdəki xəyanəti xatırladırıq.
Beləcə, təzə münasibət köhnə qorxunun üzərində qurulur, yəni inamsızlıqdan başlayır.
İndi insanlar real həyatdan çox virtual aləmdə “tanış” olurlar.
Profil şəkilləri, statuslar, paylaşımlar, hamısı kiminsə istədiyi imicdir, amma həqiqəti deyil. Bu saxta şəffaflıq inamı öldürür.
Çünki bir müddət sonra anlayırıq ki, qarşımızdakının “həyatı” montajdır.