İnsanlar niyə platonik sevgi yaşamağa üz tutur? Psixoloqdan AÇIQLAMA | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. İnsanlar çox vaxt ona qarşı sevgi bəsləyən insanları görməzdən gəlir.
Onun əvəzinə təktərəfli sevməyi üstün tutur. Bu hislər qarşılıqsız qalanda imkansız sevgiyə çevrilir.
Ancaq bəzən olur ki, onu əldə etdikdən sonra hislər bitməyə başlayır. Bu, nədən qaynaqlanır, insanlar niyə çətinliyi sevirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər.
"Platonik sevgi realda həyata keçməsi çətin olan və ya imkansız olan sevgi deməkdir.
İnsanın realda baş tutmayacaq, xəyallarında yaratdığı, yaşatdığı düşüncələri və bağlılığıdır.
Belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər. Çünki onlara deyiləcəkləri bilirlər.
Bunu qəbul etməyə qorxduqları üçün də eşitmək istəmirlər. Burada ən böyük problem odur ki, insan özü yaratdığı, sığınmağa çalışdığı, bərk-bə
Tam oxu
Xəbəri oxu