Icma.az
close
up
RU
İnsanlar niyə platonik sevgi yaşamağa üz tutur? Psixoloqdan AÇIQLAMA

İnsanlar niyə platonik sevgi yaşamağa üz tutur? Psixoloqdan AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İnsanlar çox vaxt ona qarşı sevgi bəsləyən insanları görməzdən gəlir. Onun əvəzinə təktərəfli sevməyi üstün tutur. Bu hislər qarşılıqsız qalanda imkansız sevgiyə çevrilir. Ancaq bəzən olur ki, onu əldə etdikdən sonra hislər bitməyə başlayır. 

Bu, nədən qaynaqlanır, insanlar niyə çətinliyi sevirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər.

"Platonik sevgi realda həyata keçməsi çətin olan və ya imkansız olan sevgi deməkdir. İnsanın realda baş tutmayacaq, xəyallarında yaratdığı, yaşatdığı düşüncələri və bağlılığıdır. Belə insanlar bu sevgilərini dostlarla, yaxınları ilə müzakirə etməyi sevmirlər. Çünki onlara deyiləcəkləri bilirlər. Bunu qəbul etməyə qorxduqları üçün də eşitmək istəmirlər. Burada ən böyük problem odur ki, insan özü yaratdığı, sığınmağa çalışdığı, bərk-bərk tutub buraxmaq istəmədiyi hekayəsi nə qədər çox çəksə, insan psixoloji olaraq bir o qədər əziyyət çəkər".

Psixoloqun sözlərinə görə, belə hallarda peşəkar psixoloji dəstək almaq çox vacibdir. 

"Yaradılışından insan başqa insanlarla bir bağ qurmaq ehtiyacı duyur. Burada isə insan fikrində, düşüncəsində ideallaşdırdığı şəxsin yanında olmaq və öz daxilində olan mükəmməl olma istəyini əslində hiss etmək istəyir və bunu platonik eşq duyduğu insanın yanında olaraq tamamlamaq istəyir. Unutmamaq lazımdır ki, zaman hər şeyə dərmandır. Əlbəttə ki, psixoloji dəstək də burada çox vacibdir. Bu, insanın həm özünü daha yaxşı tanımasına, həm də reallıqla barışmasına kömək edə bilər", - deyə Günay Kərimi bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:323
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri