İnsanlarda artan hirs və aqressiyanın səbəbi nədir? Psixoloqlardan açıqlama | Icma.az
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Son aylarda ölkədə ailə-məişət zəminində baş verən qətllər, qadın və uşaqlara qarşı z
Bəs cəmiyyətdə aqressiyanın artmasının əsas psixoloji səbəbləri hansılardır? İnsanlar niyə emosiyalarını idarə etməkdə çətinlik çəkirlər?
Zorakılığa meyilli insanların psixoloji xüsusiyyətləri nələrdir? Sosial şəbəkələr və KİV-in aqressiyanın artmasına təsiri varmı?
Moderator.az-a danışan psixoterapevt İlkin Kazımlı bildirib ki, cəmiyyətdə aqressiyanın artmasının bir neçə psixoloji səbəbləri var.
Onun sözlərinə görə, ilk növbədə insanların gündəlik həyatında yığılmış emosional gərginlik, stress və həll olunmamış travmalar aqressiv davranışlara şərait yarada bilər: “İnsanlar öz hisslərini sağlam formada ifadə etməyi öyrənmədikdə kiçik emosiyalar belə nəzarətdən çıxaraq sonradan zorakılıq davranışlarına çevrilə bilər.
Emosiyaların idarəsində çətinlik isə həm şəxsi savadın zəifliyi, həm də ailə mühitində öyrənilən yanlış davranışları modelləri ilə bağlı ola bilər.
Uşaqlıqda emosiyalarını düzgün formada sərgiləməyi, yəni ailə tərəfindən öyrənə bilməyən insan ya həmin emosiyaları basdırır, ya da onu düzgün olmayan formada sərgiləyir və bu da sonradan cəmiyyətdə müəyyən fəsadlara gətirib çıxara bilir.
Aqressiyanı artıran digər məsələlərdən biri də sosial iqtisadi məsələlərdir.
Tam oxu
Xəbəri oxu