Icma.az
close
up
RU
İnsanlarda artan hirs və aqressiyanın səbəbi nədir? Psixoloqlardan açıqlama

İnsanlarda artan hirs və aqressiyanın səbəbi nədir? Psixoloqlardan açıqlama

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son aylarda ölkədə ailə-məişət zəminində baş verən qətllər, qadın və uşaqlara qarşı zorakılıq halları, eləcə də kiçik mübahisələrdən doğan davaların sayının artması cəmiyyətdə aqressiyanın səbəbləri barədə ciddi suallar yaradır. Bəs cəmiyyətdə aqressiyanın artmasının əsas psixoloji səbəbləri hansılardır? İnsanlar niyə emosiyalarını idarə etməkdə çətinlik çəkirlər? Zorakılığa meyilli insanların psixoloji xüsusiyyətləri nələrdir? Sosial şəbəkələr və KİV-in aqressiyanın artmasına təsiri varmı?

Moderator.az-a danışan psixoterapevt İlkin Kazımlı bildirib ki, cəmiyyətdə aqressiyanın artmasının bir neçə psixoloji səbəbləri var. Onun sözlərinə görə,   ilk növbədə insanların gündəlik həyatında yığılmış emosional gərginlik, stress və həll olunmamış travmalar aqressiv davranışlara şərait yarada bilər:

“İnsanlar öz hisslərini sağlam formada ifadə etməyi öyrənmədikdə kiçik emosiyalar belə nəzarətdən çıxaraq sonradan zorakılıq davranışlarına çevrilə bilər. Emosiyaların idarəsində çətinlik isə həm şəxsi savadın zəifliyi, həm də ailə mühitində öyrənilən yanlış davranışları modelləri ilə bağlı ola bilər. Uşaqlıqda emosiyalarını düzgün formada sərgiləməyi, yəni ailə tərəfindən öyrənə bilməyən insan ya həmin emosiyaları basdırır, ya da onu düzgün olmayan formada sərgiləyir və bu da sonradan cəmiyyətdə müəyyən fəsadlara gətirib çıxara bilir. Aqressiyanı artıran digər məsələlərdən biri də sosial iqtisadi məsələlərdir. İşsizlik, maddi sıxıntı və sosial ədalətsizlik prinsipləri insanlarda güclü narazılıq və ümid itkisinin yaranmasına gətirib çıxarır. Bu formada aqressiya həm bir boşalma formasında, həm də nəzarətsiz bir emosiya formasında ortaya çıxır. 

Zorakılığa meylli insanların psixoloji xüsusiyyətlərinə gəlincə, onlarda empatiya qabiliyyətinin zəifliyi, impulsların idarəsində çətinlik, emosional yetkinliyin aşağı olması və bəzi hallarda da şəxsiyyət pozuntuları halları müşahidə olunur”.

Psixoterapevt əlavə edib ki, sosial şəbəkələr və yaxud da ki, digər kütləvi informasiya vasitələri bu məsələlərdə mühüm rol oynayır:

 “Dəhşətli cinayətlərin tez tez paylaşılması, zorakılığı normallaşdıran kontentlər və aqressiv üslubda olan müzakirələr cəmiyyətin ümumi emosional mənfi fonuna təsir edir. İnsanlar çox zaman sosial mediada gördükləri hər hansı bir görüntünü, vizual davranışları öz şəxsi həyatında da yeni təcrübədən keçirmək istəyir. Əslində aqressiyanın azaldılmasının yolu həm fərdi psixoloji maarifləndirmədən, həm də şəxsin sosial iqtisadi mühitinin yaxşılaşdırılmasından keçir. Ən vacib məsələ odur ki, insanlar ilk növbədə emosiyalarını sağlam şəkildə idarə etməyi öyrənməli, sosial şəbəkələr və KİV zorakılıq və aqressiyanı təşviq edən deyil, empatiya və paylaşmağı təşviq edən təbliğat aparmalıdır”.

Psixoloq Samirə Bağırova da qeyd edib ki, cəmiyyətimizdə aqressiyanın artmasının bir neçə səbəbləri var. Amma ən əsas səbəblərindən biri psixoloji savadsızlıqdır:

 “İnsan emosiyalarını hələ uşaqlıqdan sağlam şəkildə ifadə etmək bacarığına sahib  olmağı öyrənməlidir. Amma bu nə təhsildə, nə də ailələrdə tətbiq olunur. Digər səbəblərdən biri insanların gözləntilərinin artmasıdır. Gözləntilər ilə reallıq arasında uçurum yarananda qəzəb və aqressiya daha tez üzə çıxır. Buna da ayrıca səbəblərdən  biri sosial şəbəkələrdir. Sosial müqayisə nəticəsində başqalarının uğurlarını görüb özünü dəyərsiz hiss edən insan qıcıqlanır. İşsizlik, maddi sıxıntılar, ədalətsizliyə uğramaq, məişət problemləri, uşaqlıq psixoloji zədələr də aqressiv davranışa gətirib çıxara bilər. İnsanlarda özünü idarə bacarığı inkişaf etməlidir, amma bu barədə məlumatları yoxdur. Daxili üsyanı idmana, yaradıcılığa, hər hansısa hədəfə yönləndirməyin nəticəsi  də müsbət olar. Aqressiyanın artması insanlarda yalnız fərdi psixoloji zəifliklə bağlı deyil, mədəni dəyərlərin zəifləməsi ilə bağlıdır. Çıxış yolu odur ki, psixoloji maarifləndirməyə başlanmalı, bu məsələyə həm dövlətin sosial siyasəti, həm də KİV məsuliyyətli yanaşmalıdır”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri