İnsanları cinayətə sürükləyən yollar PSİXOLOJİ YANAŞMA | Icma.az
Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. Heç kim cinayətkar doğulmur.
Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır.
Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir.
Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var.
Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə hansı amillər səbəb olur?
- həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək, - ailədə ata rolunun olmaması, - uşağa qarşı həddən artıq yumşaq davranış, - valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması, - ailədə münaqişələr və s… Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır.
Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün, sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması.
Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir.
Tam oxu
Xəbəri oxu