Icma.az
close
up
RU
İnsanları cinayətə sürükləyən yollar PSİXOLOJİ YANAŞMA

İnsanları cinayətə sürükləyən yollar PSİXOLOJİ YANAŞMA

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Heç kim cinayətkar doğulmur. Dünyaya gələn uşağın gələcəkdə kim olması üçün məsuliyyəti ilk öncə ailəsi və cəmiyyət daşıyır.

Arada düşünürsən, zahirən adi insan, niyə birdən ağır cinayət törədir? Bunu anlamaq çətindir. Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var. Antisosial davranışın yaranmasında ailə mühüm rol oynayır. Qeyri-qanuni hərəkətlərə hansı amillər səbəb olur?

- həddən artıq və ya davamlı olaraq ailədə cəza tətbiq etmək,

- ailədə ata rolunun olmaması,

- uşağa qarşı həddən artıq yumşaq davranış,

- valideynlərin lazımı situasiyalarda qeyri-ciddi yanaşması,

- ailədə münaqişələr və s…

Təbii ki qanunazidd davranışın yaranmasında sosial şərait də rol oynayır. Bura ilk növbədə müxtəlif sosial problemlər daxildir. Misal üçün, sosial çevrilişlər, həyat səviyyəsinin aşağı olması. Şəxsi cinayət törətməyə təkan verən yeganə səbəb olmur. Amma onu da qeyd etmək istərdim ki, hər sosial problemləri olan da cinayət törətmir. Müxtəlif növ cinayətlərin törədilməsinin psixoloji səbəblərindən biri – insanın cəmiyyətdən təcrid olunmasıdır.

Şübhəsiz ki, öncə qeyd etdiyim kimi bunun başlanğıcı ailədən irəli gəlir. Bəzən görürsən ki, tam təminatlı ailədə uşaq özünü tək, lazımsız hiss edir. Sonra gəlir bağça, məktəb. Görürsən ki, burda da ətraf ilə münasibət formalaşmır, nə dostu olur, hətta neytral ünsiyyət də alınmır. Və gələcəkdə uşaqda “sosiopatiya” formalaşır, bu da zaman keçdikcə qapaılılıqdan açıq aqressiyaya gətirib çıxarır. Özünəgüvənsizlik, qorxular uşaq yaşlarından formalaşır.Valideynlər tərəfindən diqqətsizlik, çox ciddi cəza və ya yaşıdları tərəfindən aqressiya və s. – bu fonda natamamlıq kompleksi və qorxu inkişaf edir. Gələcəkdə isə özünü təsdiq etmək üçün qanunazidd hərəkətlərə doğru addımlayırlar.

Aydın məsələdir ki, 6 yaşından tez antisosial davranış haqqında danışmaq mənasızdır. O yaşa qədər uşaq, sosial normalara uyğun davranışa nəzarət etmir. İlk dəfə uşaq məktəbdə həqiqətən sosial tələblər ilə qarşı-qarşıya durur, artıq davranış qaydalarına ciddi riayət edilir.

İbtidai siniflərdən başlayaraq antisosial davranış bu formalarda özünü biruzə verir:

- nizamsız davranış,

- məktəb qaydaların və intizamın pozulması,

- dərslərdə davamiyyətin pozulması,

- evdən qaçmalar,

- yalanlar,

- oğurluq.

12-17 yaşlarda qanunazidd hərəkətlər artıq ixtiyarı olur: oğurluq, xuliqanlıq. Cinayətkarın adətən cinayəti törətmək üçün müəyyən motivi olur. Bura qısqanclıq, paxıllıq, intiqam, kin aiddir.

Elə şəxslər var ki, özünü ətrafdakılarla dostlarla, qohumlarla müqayisə edir. Və bu anda tamah hissi üstün gəlir. Belə situasiyalarda cinayətkar etdiyi hərəkəti ədalətin yerin tapması kimi qəbul edir və heç bir təəssüf hissi duymur.

Ən çətin cinayətin səbəblərindən biri də psixi pozuntulardır. Çünki çətin sübut olunur, ətrafdakılar tərəfindən şübhə ilə yanaşılır.
Qeyri-qanuni hərəkətlərə səbəb olan anomaliyalar hansılardır:

- psixopatiya,

- alkoqolizm,

- nevrotik pozuntu,

- kəllə-beyin travmaları,

- intellektual çatışmazlıq.

Bu mövzuda hələ çox danışmaq olar. Cinayətin törədilməsi üçün müxtəlif səbəblər ola bilər. Hər bir halda kökündə cinayətin təməlində özünəgüvənsizlik durur. Təəssüf ki, insanlar özünü təsdiq üçün çox vaxt yanlış yol seçirlər. Unutmayaq ki, heç bir cinayət cəzasız qalmır!

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 06 Noyabr 2024 07:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri